adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
19 Avqust 2014 22:06
8353
MƏDƏNİYYƏT

Azərbaycan əsilli rejissor Hindistanda film çəkəcək

Əslən azərbaycanlı olan tanınmış İran rejissoruMəcid Məcidi Hindistanda film çəkəcək. İranın Mehr agentliyinin xəbərinə görə filmbəşəri dəyərlər haqqında olacaq.

"Mən həmişə Hindistan və İran arasında müəyyən mədəni ümumiliyinəzərə alıb Hindistanda film çəkmək istəyirdim. Son filmim olan "Məhəmməd"ləbağlı hələlik Münhendə olmalıyam. Hindistanda çəkiləcək dramatik filminçəkilişlərinə yalnız öz əsərim tam bitdikdən sonra məşğul ola bilərəm”, – deyəM. Məcidi bildirib.

Qeyd edək ki, Azərbaycanda da geniş tanınan M. Məcidi "İlahi rəng”,"Cənnətin uşaqları”, "Ata”, "Söyüdün göz yaşı” və s. filmləri ilə məşhurdur. Rejissorhəm də Amerika Kino Akademiyası tərəfindən "Oskar”a namizədliyi irəli sürülənilk İran rejissorudur.