Azərbaycan əhalisi pulunu nəyə xərcləyir? - Statistika
Bu yanvar-sentyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 46 milyard 422,8 milyon manatlıq, o cümlədən 25 milyard 359,1 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 21 milyard 63,7 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Adalet.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 %, qeyri-ərzaq malları üzrə 6,8 % artıb.
9 ay ərzində alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,4 %-i ərzaq məhsullarının, 4,2 %-i içkilər və tütün məmulatlarının, 13,7 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6 %-i avtomobil benzini və dizel yanacağının, 5 %-i elektrik malları və mebellərin, 2,4 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin satdığı malların dəyəri real ifadədə 3,8 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 %-ni təşkil edib.
Son 1 ildə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,9 %, fərdi sahibkarlar üzrə 0,9 %, bazar və yarmarkalarda isə 4,2 % artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 503,8 manatlıq, o cümlədən 275,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 228,6 manatlıq qeyri-ərzaq malları alıb.
Digər Xəbərlər
15 Noyabr 2025 09:31
“Azərbaycan gələcəkdə Ermənistana qaz sata bilər” – Politoloq
14 Noyabr 2025 17:57
Sahil Babayev 550 milyon manatı banka qoydu
14 Noyabr 2025 16:37
Zeytun yağının qiyməti ceyran belinə çıxıb
14 Noyabr 2025 11:38
“Bu, regionlarda sahibkarlar üçün dayaq nöqtəsinə çevrilib...”
14 Noyabr 2025 11:32
“Azərbaycan ilə Özbəkistan arasındakı ticarət dövriyyəsi 252 milyon dollara çatıb”
14 Noyabr 2025 11:22
Paşinyan “Tramp marşrutu”nun idarəçiliyindən danışdı
13 Noyabr 2025 09:53
Kirayə vergisi 5 faizə endirilsin - Təklif
12 Noyabr 2025 17:36


Bakı -°C

