adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 May 2018 16:49
9301
MƏMLƏKƏT

Azərbaycan Ədliyyəsi - 100

Bu gün ölkəmizdədövlət idarəçiliyinin həyata keçirilməsində, qanunçuluğun, insan hüquq vəazadlıqlarının təmin olunmasında mühüm rol oynayan Azərbaycan Ədliyyəsinin 100illik yubileyi ərəfəsində fərəh hissi ilə deyə bilərik ki, onun keşməkeşli,lakin şanlı bir tarixi vardır. Hər bir cəmiyyətdə dövlətin idarə olunmasında ədliyyəsisteminin rolu bilavasitə mövcud siyasi rejimin xarakterindən asılıdır. Mahiyyətetibarı ilə dövlətin hüquq siyasətinin formalaşdırılması və həyata keçirilməsində,hüququn aliliyinin, insan və vətəndaş hüquq və azadlıqlarının təminolunmasında, milli qanunvericiliyin formalaşdırılmasında əsas rol oynayan ədliyyəsistemi yalnız demokratik cəmiyyətdə, hüquqi dövlətdə bu funksiyalarını həyatakeçirə bilər. Məhz bu baxımdan Azərbaycan ədliyyəsinin inkişaf yolu bir neçə mərhələdənkeçmişdir.

Bir əsrlikinkişaf yolu keçən Azərbaycan ədliyyəsinin şanlı tarixi 1918-ci il may ayının28-də Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gündən başlayır. ƏdliyyəNazirliyi həmin gün təsis edilmiş və təcrübəlidövlət xadimi Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdur. Həminilin noyabrın 22-də Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmiş, onunfunksiya və səlahiyyətləri müəyyən edilmişdir.

Həmin dövrə nəzərsalanda şahidi oluruq ki, Ədliyyə Nazirliyi o vaxtlar şəraitin çətinliyinə,imkanların və kadrların məhdudluğuna baxmayaraq ölkənin ədliyyə sistemininformalaşdırılması və inkişafı naminə xeyli iş görmüşdür. İlk növbədə ədliyyə, məhkəməvə istintaq strukturları yaradılmış, respublikada qayda-qanunun bərqərarolması, yeni hüquq sisteminin təşkili ilə bağlı əhəmiyyətli qərarlar qəbulolunmuş, zəruri hüquqşünas kadrların hazırlanması və əhalinin hüquqi maarifləndirilməsiistiqamətində mühüm addımlar atılmışdır.

AzərbaycandaSovet hakimiyyəti elan edildikdən az sonra, inqilab komitəsinin 13 may 1920-ciil tarixli qərarı ilə mövcud ədliyyə sistemi ləğv edilərək Xalq ƏdliyyəKomissarlığı yaradılmışdır. Komissarlığın səlahiyyətlərinə qanunvericilik layihələrininhazırlanması, məhkəmə işçilərinin seçilməsi, onlara inzibati rəhbərlik edilməsi,qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilmişdir.

1930-cu ildə bukomissarlıq ləğv edilərək onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəziİcraiyyə Komitəsi və digər orqanlara verilmişdir.

1933-cü ildəXalq Ədliyyə Komissarlığı yenidən təşkil edilmişdir. 1937-ci ildə Xalq ƏdliyyəKomissarlığının yeni Əsasnaməsi təsdiq edilərək onun səlahiyyətləri əsaslı şəkildəməhdudlaşdırılmış, əsas fəaliyyət sahəsi məhkəmə və notariat orqanlarınınişinin təşkili və onlara rəhbərlik etməkdən ibarət olmuşdur.

1959-cu ildə isəƏdliyyə Komissarlığı yenidən ləğv edilmiş, səlahiyyətləri ayrı-ayrı dövlət orqanlarıarasında bölüşdürülmüşdür. Göründüyü kimi ölkəmizin ədliyyə sistemi AzərbaycandaSovet hakimiyyəti bərqərar olduqdan ta 60-cı illərin sonunadak öz çətin dövrünüyaşamışdır.

1969-cu ildəHeydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsi ilə Azərbaycan ədliyyəsinintarixinin sovet dövrünün yeni mərhələsi başlandı.

Milli mənafelərihər şeydən uca tutan uzaqgörən siyasətçi Heydər Əliyev respublikamıza rəhbərliketməyə başladıqdan az sonra 1970-ci ildə Azərbaycan Respublikasının ƏdliyyəNazirliyi təsis edildi. Həmin dövrdən etibarən Ədliyyə Nazirliyi sabit fəaliyyətgöstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyəhüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəməekspertizalarının aparılmasını təmin etmiş, ümumiyyətlə, onun gələcək inkişafıüçün əlverişli şərait yaradılmışdır. 1970-ci ildən Ədliyyə Nazirliyi stabilliyənail olaraq təşkilat kimi formalaşmağa başladı, onun gələcək inkişafının təməliqoyuldu.

Azərbaycan özdövlət müstəqilliyini əldə etdikdən və ümummilli liderimiz Heydər Əliyev ölkədəyenidən siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycan ədliyyəsinin həyatındayeni dövr başlandı. Bu dövr ədliyyə sisteminin sürətli inkişafı, fəaliyyətistiqamətlərinin, funksiya və səlahiyyətlərinin genişlənməsi, işinin vəstrukturunun təkmilləşməsi, öz mahiyyətinə xas hüquqi dövlət və demokratik cəmiyyətlərüçün zəruri olan missiyalarını əldə etməsi ilə xarakterikdir.

Hüquqi dövlətquruculuğu və vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində bütün sahələrdə,o cümlədən məhkəmə-hüquq, eləcə də ədliyyə sistemində islahatlar həyatakeçirildikcə ədliyyə orqanlarının inkişafı, onların fəaliyyətinin təkmilləşdirilməsi,ədalət mühakiməsinin səmərəliliyinin artırılması, müstəqil məhkəmə hakimiyyətininbeynəlxalq standartlara uyğun qurularaq möhkəmləndirilməsi istiqamətlərindəböyük uğurlar əldə edilmişdir. Nəticədə ölkəmizin Ədliyyə Nazirliyi də inkişafedərək hüquqi dövlətdə layiq olduğu yeri tutmuşdur.

Ədliyyə işçilərindəmənəvi stimul yaradılması və tarixi irsin qorunması məqsədilə ümummilli liderHeydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 1918-ci ildə AzərbaycanDemokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün- 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən olunmuşdur. AzərbaycanƏdliyyə işçilərinin peşə bayramını təsis etməklə ümummilli liderimiz ədliyyətarixinin səhifəsinə özünün daha bir şərəfli imzasını atmışdır.

Ölkəmizin ədliyyəsisteminin inkişafı və təkmilləşdirilməsi Ulu Öndərin hüquq siyasətini uğurladavam və inkişaf etdirən Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Cənabİlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyət göstərdiyi15 il ərzində Azərbaycan ədliyyəsinin davamlı inkişafına xidmət edəngenişmiqyaslı islahatlar aparılmış, ədliyyə orqanlarının fəaliyyəti genişləndirilmiş,bu sahədə yeni iş metodlarının, qabaqcıl informasiya-kommunikasiyatexnologiyalarının və elektron xidmətlərin geniş tətbiqi, ən müasirinfrastrukturun yaradılması üzrə tədbirlər görülmüşdür.

Ədliyyə işçiləriulu öndərimizin müəyyən etdiyi dövlətçilik amallarına daim sadiq qalaraq ölkəmizindaha da inkişafı və qüdrətlənməsi naminə Prezident İlham Əliyevə layiqliyardımçı olmaq üçün bundan sonra da yüksək əzmlə çalışacaqlar.

Fürsətdən istifadəedərək Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibəti ilə başda AzərbaycanRespublikasının Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovolmaqla respublikamızın bütün ədliyyə işçilərini təbrik edir, öz şərəfli vəzifələrindəqanunun aliliyinin və insan hüquqlarının təmin olunması kimi gərəkli fəaliyyətlərindəuğurlar arzulayıram.


Malik Mahmudov

Beyləqan rayonu