adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Sentyabr 2019 12:07
19405
ELM VƏ TƏHSİL

Azərbaycan Dillər Universitetində İngilis dili həftəsi uğurla sona çatıb

ABŞ-ınAzərbaycandakı Səfirliyi və Azərbaycan Dillər Universitetinin (ADU) BakıAmerika Mərkəzinin birgə əməkdaşlıq çərçivəsində İngilis dili müəllimləri üçünhəyata keçirdiyi ənənəvi İngilis Dili Həftəsi son çatıb.

ABŞ-ınAzərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer ilə görüşənADU-nun rektoru akademik, xalq yazıçısı Kamal Abdulla səfiri hər zamanuniversitetdə görməkdən məmnun olduğunu deyib. Rektor Kamal Abdulla qonağı"Səfir saatı” layihəsində tələbələrlə görüşməyə, onları maraqlandıranmövzularda müzakirələr aparmağa dəvət edib. İngilis dili həftəsininkeçirilməsinin əlamətdar hadisə olduğunu deyən rektor bu kimi tədbirlərinuniversitetin təbliğində mühüm rol oynadığını deyib. Bu tədris ilində qəbulgöstəricilərinin yüksək olduğunu deyən rektor, bu vəziyyətin universitetinnüfuzunun yüksəlməsində mühüm olduğunu diqqətə çatdırıb. ADU-nun Serbiya,Macarıstan, Rusiya kimi ölkələrlə yeni əlaqələr qurduğunu deyən akademik KamalAbdulla ABŞ universitetlərinin də bu siyahıda yer alacağına, davamlı vəsəmərəli əlaqələrin yaranacağına ümid etdiyini söyləyib. Azərbaycanda Amerikamərkəzinin fəaliyyətindən danışan universitet rəhbəri Azərbaycanın da Amerikadatanıdılması məqsədilə ölkənin mədəniyyətini, tarixini, ədəbiyyatını təbliğ edənmərkəzlərin açılmasını təklif edib.

AkademikKamal Abdulla Azərbaycan multikulturalizm dəyərlərindən də söz açıb.Multikulturalizmin Azərbaycanda dövlət siyasəti olduğunu deyən rektor buistiqamətdə ingilis dilində çap olunmuş və ya tərcümə olunmuş müxtəlif dərsvəsaitlərinin mövcudluğundan bəhs edib. O, bu sahədə əməkdaşlığın iki ölkəarasında elmi və tədris dairələrində yeni perspektivlərə yol açacağını qeydedib.

İngilisdili həftəsinin elm həftəsi olduğunu deyən rektor siyasi partnyorların dilininmənimsənilməsinin həmin xalqların mədəniyyətinə, həyat tərzinə, ədəbiyyatınadaha yaxından bələd olmağa imkan yaratdığını qeyd edib. Azərbaycanın datanıdılması istiqamətində mühüm addımların atıldığını deyən Kamal Abdulladünyanın da bu çağırışlara cavab verməsindən şad olduğunu söyləyib.

Universitetdə olmaqdan məmnunolduğunu deyən diplomat "Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüşüntəşkil olunacağını bildirib. Səfir İngilis dili həftəsinin təşkilində şəraityaradıldığı üçün universitet rəhbərinə və digər əməyi keçən şəxslərətəşəkkürünü bildirib. Səfir fəaliyyəti dövründə əsas məqsədinin mübadiləprosesini genişləndirmək və ingilis dilinin tədrisini artırmaqdan ibarət olduğunudeyib. O, ingilis dilinin uğur əldə olunmasındakı müstəsna rolundan, gələcəknəsillərə ötürülməsindəki xeyrindən bəhs edib. İngilis dili həftəsi kimilayihələrin keçirilməsinin gələcək pespektivlərə yol açdığını diqqətə çatdırıb.

Görüş müəllimlərin mübadiləsi,təhsilin idarəedilməsində birgə layihələr haqqında müzakirələrlə davam edib.

Qeyd edək ki, 9-13 sentyabrtarixlərində Bakı şəhərində və müxtəlif Azərbaycanın regionlarında yerləşənməktəb və liseylər, universitetlərdən olan 109 nəfər müəllimlər AmerikaMərkəzində İngilis dili sessiyalarında innovativ metodlardan istifadə edərəkpraktiki ünsiyyət bacarıqlarını inkişaf etdiriblər. İnteraktiv sessiyalardamüəllimlər tədris planlarında video mühazirələrdən necə səmərəli şəkildəistifadə etmək, sosial medianın mənalı şəkildə sinifə necə inteqrasiya etmək vədigər innovativ dərs metodlarının istifadə texnologiyalarının tətbiqiniöyrəniblər.

İngilis Dili həftəsi pedaqoji sahənin peşəkar təlimçilər StephenSadlier, Richard Schlight, Jordan Troisinin rəhbərliyi ilə Daha çox ünsiyyətqurma – rəqəmsal müzakirələr, Dili tədrisində yaradıcılıq, Tələbələrin və yaşagirdlərin həvəsləndirilməsi, Qrammatikanı kommunikativ şəkildə öyrədilməsi,Sinif tədrisində vizual istifadə, İngilis dilinin tədrisində riyaziyyatın tətbiqi,Daha böyük auditoriya olan siniflərdə danışıq strategiyaları, Dilin tədrisindəinnovasiya xarakterli metodlardan istifadə, Yüksək bilikli öyrənənlərdərefleksiv və tənqidi düşüncə bacarığının inkişaf etdirilməsi, Effektiv diltədrisi üçün dərsin planlaşdırılması, İngilis dilində esse yazarkən düzgünyazılış qaydasının tətbiq edilməsi, Dil sinifində yeni öyrənmə tədqiqatlarındanistifadə, İngilis dilində necə səlis danışmaq olar: öyrənmək və öyrətməkhaqqında ümumi yanlış təsəvvürlər və miflərlə bağlı sessiyalardan ibarət olub.