Azərbaycan çempionatı: "Qarabağ" "Qəbələ" ilə üz-üzə gələcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura bu gün yekun vurulacaq.
Adalet.az xəbər verir ki, sonuncu matçda "Qarabağ" "Qəbələ"ni qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq qarşılaşma saat 19:30-da başlayacaq.
Görüşü Tural Qurbanov idarə edəcək. "Köhlən atlar" 29 xalla liderdir. "Qırmızı-qaralar" isə 11 xalla 9-cu pillədə qərarlaşıb.
Azərbaycan Premyer Liqası
XV tur
19:30. “Qarabağ” – “Qəbələ”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Zöhrab Abbasov, Rəşad Əhmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Tofiq Bəhramov adına Respublika Stadionu
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" "Zirə"ni (1:0), "Sabah" "Kəpəz"i (2:0) məğlub edib. "Araz-Naxçıvan" - "Səbail" (1:1) və "Turan Tovuz" - "Sumqayıt" (2:2) qarşılaşmaları heç-heçə yekunlaşıb.
Digər Xəbərlər

Arda qol vurdu, "Real" qalib gəldi - VİDEO

"Arsenal" 3 xalı 3 qolla qazandı - VİDEO

"İmişli" qalib gəlsə də, texniki məğlubiyyət alacaq

"İmişli" "Sumqayıt"a, "Turan Tovuz" "Qəbələ"yə qarşı

Qurban Qurbanov Ramilin transferindən DANIŞDI

"Qarabağ" - "Kopenhagen" matçına qonaq azarkeşlər üçün biletlərin qiymətləri açıqlandı

"Kəpəz" "Araz-Naxçıvan"la, "Qarabağ" "Zirə" ilə üz-üzə gələcək
