"Azərbaycan çempionatı kənardan asan görünsə də..." - Abubakar
Artıq bu komandaya uyğunlaşmışam, adaptasiya mərhələsini geridə qoymuşam.
Adalet.az xəbər verir ki, bu sözləri "Neftçi"nin hücumçusu Vensan Abubakar Türkiyənin tanınmış futbol şərhçisi Ertem Şenerə müsahibəsində deyib.
Kamerunlu ulduz futbolçu komandasına kömək üçün əlindən gələni edəcəyini bildirib: “Əvvəlki komandalarımda necə mübarizə aparmışamsa, burada da var gücümlə çalışacağam”.
O, “Neftçi”yə keçməmişdən öncə bir neçə nəfərlə məsləhətləşdiyini söyləyib: “Mənə komanda haqqında xoş sözlər dedilər, böyük klub olduğunu bildirdilər. “Neftçi”nin baş icraçı direktoru Cenk Sümeri “Beşiktaş”dan tanıyırdım. Bu amil qərar verməyimi asanlaşdırdı”.
Afrikalı forvard Misli Premyer Liqası və Azərbaycan haqqında da fikirlərini bölüşüb: “Çempionat kənardan asan görünsə də, belə deyil. Çətin liqadır. Azərbaycana gəlincə, çox gözəl ölkədir. Türkiyədən fərqli tərəfləri var. Bu ölkə haqqında yalnız xoş sözlər deyə bilərəm. Məsələn, insanlar futbolçulara hörmətlə yanaşırlar. “Neftçi” təşkilatlanmış komandadır, burada hər şey yüksək səviyyədədir.
Qeyd edək ki, bu ilin oktyabr ayında “Neftçi”yə keçən Vensan Abubakar Bakı klubu ilə 1+1 illik müqavilə imzalayıb.
Digər Xəbərlər
03 Mart 2026 09:51
Azərbaycan Kubokunda 1/4 final: "Zirə" "Sumqayıt"a qarşı
03 Mart 2026 09:18
"Real Madrid" ardıcıl ikinci dəfə uduzdu - VİDEO
02 Mart 2026 19:16
"Qalatasaray"ın 8 futbolçusu kubok matçında oynamayacaq
02 Mart 2026 16:43
Bəhlul Mustafazadə əməliyyat olundu
02 Mart 2026 15:33
"Hər klubun 3 haqqı var" - AFFA-dan "Neftçi"nin iddialarına cavab
02 Mart 2026 13:39
«QARABAĞ»IN BAŞI ÜZƏRİNDƏ BİR KABUS DOLAŞMAQDADIR
02 Mart 2026 11:59
"Əgər öz peşəmi sevmirəmsə və hörmət etmirəmsə..." - Qurban Qurbanov
02 Mart 2026 09:40


Bakı -°C

