Azərbaycan BMT-də itkin düşmüş 71 uşağın taleyinin müəyyənləşdirilməsinə çağırıb
1990-cı illərin əvvəllərində itkin düşən 4 mindən çox azərbaycanlıdan 71-nin uşaq olduğu və onların taleyinin müəyyənləşdirilməsi üçün beynəlxalq əməkdaşlığa ehtiyac duyulduğu bildirilib.
Adalet.az xəbər verir ki, bunu Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev BMT Baş Assambleyasının III komitəsinin iclasında deyib.
Onun sözlərinə görə, itkin düşmüş uşaqların taleyinin müəyyənləşdirilməsi münaqişədən sonrakı dövrdə Azərbaycanın qarşılaşdığı aktual humanitar məsələlərdən biridir.
Ş.Hacıyev mina çirklənməsinin də ciddi təhlükə olaraq qaldığını bildirib. Qeyd edib ki, 1990-cı illərdən etibarən basdırılmış minalar nəticəsində 3,4 mindən çox insan həlak olub və ya ağır yaralanıb. Onların arasında uşaqlar və gənclər də var.
Diplomat "Böyük Qayıdış" proqramı çərçivəsində 2026–2027-ci tədris ilində məcburi köçkünlərin doğma yerlərinə qayıtmasından sonra 4 minə yaxın şagirdin təhsil müəssisələrində təhsil almaq imkanı əldə etdiyini diqqətə çatdırıb.
Azərbaycanın BMT-dəki nümayəndəsi həmçinin bildirib ki, 2026-cı ildə ölkədə uşaqların müdafiəsi mexanizmlərinin gücləndirilməsi və milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə "Uşaq hüquqları haqqında" yeni qanun qəbul edilib.
Onun sözlərinə görə, uşaqlar Azərbaycan əhalisinin təxminən 30 faizini təşkil edir və onların müdafiəsi və inkişafı dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir.
Digər Xəbərlər
07 Oktyabr 2026 10:20
"Ermənistan itkin azərbaycanlılarla bağlı bütün məlumatları təqdim etməlidir" - XİN
07 Oktyabr 2026 10:18
"Ermənistan arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır"` - İlham Əliyev
07 Oktyabr 2026 10:02
İlham Əliyev konfrans iştirakçılarına müraciət etdi - YENİLƏNİB
07 Oktyabr 2026 09:44
Günay Əfəndiyeva: “Pirallahı Sənaye Parkını ziyarəti Prezidentin rayonun qarşıdakı inkişaf mərhələsinə göstərdiyi diqqəti nümayiş etdirir”
07 Oktyabr 2026 08:02
Prezidentin sərt mesajları kimə idi? – Deputat 5 ölkənin adını çəkdi
07 Oktyabr 2026 00:05
Suriyadan 13 nəfər Azərbaycana gətirildi
06 Oktyabr 2026 18:31
Ceyhun Bayramov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
06 Oktyabr 2026 17:48


Bakı -°C

