adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
23 Sentyabr 2019 17:53
56609
MƏMLƏKƏT

AZƏRBAYCAN BARANLI SÜLALƏSİNİN HAKİMİYYƏTİ İLLƏRİNDƏ




AzərbaycanınXV əsr tarixinin tədqiqi sahəsində Azərbaycanın və eləcə də xarici ölkələrintarixşünaslığında xeyli işlər görülmüş, dəyərli monoqrafiyalar, elmi məqalələryazılmışdır. Bu tədqiqat əsərləri içərisində dövrün tədqiqatçılarındanY.M.Mahmudov, C.İbrahimov, Ş.Fərzəliyev, F.Sümər və L.P.Petruşevskininaraşdırmalarını göstərmək olur. Adları çəkilən tarixçilərin irihəcmli əsərlərindənfərqli olaraq məqalədə XVI əsrin Azərbaycan tarixçisi Yəhya bin Əbdüllətif Qəzvinin"Lübbüt-təvarix” adlı əsərindəki Baranlı ("Baranlı”sözünün mənası haqqında bax: F. Sümer. Karakoyunlular. Cilt 1, Ankara,1967, s. 16-18) sülaləsinin Azərbaycanda idarəçilikillərinə aid materialların araşdırılmasına cəhd göstərilmişdir.

"Lübbüt-təvarix”in beşinci fəsli "Türkpadşahları haqqında” adlanır və iki yarımfəsildən ibarətdir. Birinci yarımfəsildəsultanlarının nisbəsi Baranlı olan Qaraqoyunlu, ikinci də isə Ağqoyunlu (Bayandurlu)sülaləsinin Azərbaycanda hakimiyyətdə olduqları illərin siyasi tarixi məsələlərindənbəhs edilir.

Yəhya bin Əbdüllətif Qəzvini yazır ki,Baranlı sülaləsinin XV əsrin əvvəllərində Azərbaycanda hakimiyyətə keçən ilknümayəndəsi Sultan Əhməd Cəlayirin (Cəlairilər dövləti Şeyx Həsən Cəlayir tərəfindən1340-cı ildə Bağdadda yaradılmışdı. Ondan sonra Bağdadda hakimiyyətə keçən ŞeyxÜveys Cəlayir (1358-1374) 1359-cu ildə Azərbaycanı da tutub Cəlayir dövlətinintərkibinə daxil edir. 1360-cı ildən Təbriz Cəlayir dövlətinin paytaxtı olur. Cəlayirdövlətinin ərazisi Dərbənd də daxil olmaqla bütün Azərbaycan, İraq-i Əcəm,İraq-i ərəb və Gürcüstanı əhatə edirdi. Şeyx Uveysdən sonra hakimiyyət oğlusultan Hüseyn, ondan sonra isə Sultan Əhməd Cəlayir keçmişdi.) əmirlərindənQara Yusif bin Qara Məhəmməd bin Bayram Xoca Türkmandır. O, Azərbaycandahakimiyyətə keçənə qədər Qaraqoyunlu ulusunun sərdarı olmuşdu. Babası BayramXoca Sultan Üveysin vəfatından (1374) sonra Mosul, Səncar və Ərciş hakimi olubh.782-ci ildə (m.1380) vəfat etmişdi. Bayram Xocadan sonra Qaraqoyunlu ulusununbaşçısı olan Qara Məhəmməd (1380-1389) və oğlu Qara Yusif Azərbaycanda hakimiyyətuğrunda Sultan Əhməd Cəlayirlə savaşdıqları vaxtda Əmir Teymur Orta Şərq ölkələrinifəth etməyə başlayır və bu zaman Qaraqoyunlu Qara Yusiflə Əmir Teymur arasındada ciddi düşmənçilik yaranır. Əmir Teymur Ankara döyüşündə (1402) Osmanlı SultanıBayəzid üzərində qələbədən sonra İraqi Ərəbi də fəth edib Azərbaycana qayıdır.Bu zaman Sultan Əhməd Cəlayirlə Qara Yusif arasında ziddiyyət olmasınabaxmayaraq onlar Əmir Teymura qarşı birgə mübarizə aparmaq üçün birləşirlər. Mənbədəgöstərilir ki, Əmir Teymur Ərəb İraqını nəvəsi Əbubəkrə verib. Onu Qara Yusif vəƏhməd Cəlayiri dəf etmək üçün Bağdada göndərdi və hökm verdi ki, digər nəvəsiRüstəm bin Ömərşeyx də Həmədan hüdudunda Mirzə Əbubəkrə kömək etsin. Onlarİraqi Ərəbə gəlib Hillə altında Qara Yusifə çatdılar və onunla cəng etdilər.Döyüşdə Qara Yusifin qardaşı Yarəlini öldürdülər, Qara Yusif məğlub olub SultanƏhməd Cəlayirlə birlikdə Misirə qaçdı. Yəhya Qəzvinin yazdığına görə Misir padşahı onları Əmir Teymurun hökmü əsasındahəbsxanaya saldırır.

Həsən bəy Rumlunun yazdığına görə ƏmirTeymur Kürəkanı Misir sultanı Fərəcə göndərdiyi məktubda Qara Yusifin qətləyetirilməsi, Sultan Əhmədin isə tutulub onun dərgahına göndərilməsini tələbetmiş, ancaq Misir sultanı onların hər ikisini Dəməşqdə həbsxanaya saldıraraq,Əmir Teymurun tələbinə əməl etməmişdir. Onlar həbsxanada olduqları müddətdəQara Yusifin sadiq mülazimlərindən Pir Ömər Dəməşq bazarlarında su satıb,dolanışıqlarını təmin etmişdir.

Həsən bəy Rumlu yazır ki, Qara YusifləƏhməd Cəlayir həbsxanada olarkən öz aralarında şərt kəsdilər ki, əgər bu bəladannicat tapmsalar, Azərbaycan Qara Yusifin, İraqi-Ərəb isə Sultan Əhmədinolsun. Qara Yusifin həbsxanada anadanolan və adı Pirbudaq qoyulan oğlunu Sultan Əhməd Cəlayir də oğulluğa qəbul edərəkaralarındakı andlaşmanı rəsmiləşdirirlər. Beləliklə, Qara Yusif TürkmanınSultan Əhməd Cəlayirlə siyasi bağlaşma qurması onun nəslinə Azərbaycanda tamhüquqlu dövlət başçısı olmaları hüququnu qazandırdı.

Həsən bəy Rumlu Dəməşq məlikülümərasıŞeyx Xasəginin (Şeyx Xasəgi 1401-ci ildə Sultan Fərəc tərəfindən Şam (Dəməşq) məlikülümərasıtəyin edilmiş, 1412-ci ildə Məmlük sultanı olmuş və 1421-ci ildə vəfat etmişdi)Sultan Fərəcə qarşı hakimiyyət iddiaçısı kimi çıxıb müxaliflik etməyəbaşladığına görə, sultan Fərəcin Qara Yusif və Sultan Əhmədi həbsdən azadetdiyini, onlara çox böyük ehtiram göstərdiyini yazır. Tarixçinin fikrincə,sultan Fərəc Qara Yusifi həbsdən azad edib, bu zaman Dəməşq ətrafında bəylərininhəbsdən azad olmasını gözləyən 1000 nəfər türkman gəncindən Şeyx Xasəgiyə qarşıistifadə etmək istəmişdir. Ancaq Həsən bəy Rumludan fərqli olaraq, Yəhya Qəzvinizamanın tarixi gerçəkliyindən məsələyə yanaşıb bildirir ki, Əmir Teymurun ölüm(1405) xəbəri Misirə çatdıqda, dərhal Qara Yusifi zindandan çıxardılar. Dəməşq ətrafındabəylərinin azad olmasını gözləyən min nəfər türkman atlısı onun ətrafında cəmoldular. Onlar Misirdən Fərat çayına qədər sərhəd mühafizəçiləri və qala əmirləriilə cəng edib bütün mərəkədə qalib gəldilər. Bu yolla o və nökərləri haraçatdılarsa, oranı ələ keçirdilər. Elə ki, Diyarbəkrə çatdılar ögey qardaşları,qohumları da onunla birləşdilər və Avnik qalasını tutdular. Hicri-qəməri tarixiilə cəmadioləvvəl ayının ilk günü 809-cu ildə (m.1406) Naxçıvan ətrafında MirzəƏbubəkr bin Miranşahla da döyüşüb onu da məğlub etdilər.

Qara Yusiflə Mirzə Əbubəkr arasında başvermiş savaşlar "Lübbüt-təvarix”lə müqayisədə "Əhsənüt-təvarix”də daha geniş təsviredilmişdir. "Əhsənüt-təvarix”də göstərilir ki, Qara Yusif və Əhməd Cəlayir həbsdənazad olunduqdan sonra Əhməd Cəlayir Bağdadda yenidən hakimiyyətə keçdikdə, MirzəƏbubəkr ona qarşı müharibəyə hazırlaşsa da, Qara Yusifin uğurları və Azərbaycandahakimiyyətə keçmək istəyindən daha çox ehtiyat etdiyinə görə Naxçıvana hərəkətedib ilk zərbəni onun türkman ordusuna vurmağı qərara alır. Döyüş zamanı hər ikitürk ordusundan çoxlu adam tələf olduğuna görə, Qara Yusif Mirzə Əbubəkri təkbətəkdöyüşə çağırmış, ancaq o yerindən belə tərpənməmişdir. Naxçıvan savaşında MirzəƏbubəkrin ordusu məğlub olmuş, türkmanlar tərəfindən təqib edilməsə də, sürətləgeri çəkildikırinə görə Araz çayından çoxlu əsgərləri qərq olmuşdur. Kiçik dəstəilə Təbrizə gələn Mirzə Əbubəkr şəhər əhalisindən böyük məbləğ tələb edir. Buzaman şəhər ətrafında Şeyx Qəssabın qalatdırdığı çoxlu tonqalı gördükdə, QaraYusifin ordusunun gəlib çatdığını hesab edərək Təbrizi tərk edirlər. Mirzə Əbübəkrüzərində Qara Yusif Türkmanın qələbəsindən sonra zamanın görkəmli şəxsiyyətlərindənolan Xoca Seyid Məhəmməd Keçəçi onun dərgahına gəlib, onu Təbrizə gedibhakimiyyəti ələ almağa təhrik edir. Ancaq Qara Yusif Türkman ona cavabındabildirir ki, hakimiyyətlə işi yoxdur. And içmişdir ki, Sahibiqran Əmir TeymurKürəkan övladları ilə ədavət etməyəcəkdir. Naxçıvanda baş vermiş savaşa isəMirzə Əbubəkrin bais olduğunu bildirdi. O, bu bəyanatı ilə hələlik Əmir Teymurunövladları ilə münasibətlərini yaxşılaşdırıb, Azərbaycanın şimal-qərbində və ŞərqiAnadoluda rəqiblərini aradan götürüb bu bölgələrdə tam sabitlik yaratdıqdansonra hakimiyyət məsələsini həll etmək məqsədini güdürdü. Ancaq bu zaman Şirvanşahı Şeyx İbrahim (1382-1417) Təbrizə daxil olmuş və Əhməd Cəlayir isə Bağdaddahakimiyyəti ələ almış, bu bölgələrdə türkman və kürdlərdən ordu toplayıb QaraYusiflə aralarındakı Bağdad andlaşmasına xəyanıət edərək Azərbaycana doğru hərəkətedir. Ondan ehtiyat edən Şeyx İbrahim Təbrizi dərhal tərk edir. Təbrizi SultanƏhməd Cəlayir ələ keçirdi. Ancaq Təbrizdə onun əməllərindən narazılıq başverdi. Şəhərin bir neçə başbilən şəxsiyyəti Mirzə Əbubəkri Təbrizə dəvət etdilər.O, Təbrizə yaxınlaşdıqda Əhməd Cəlayirin kifayət qədər hərbi qüvvəsi olmadığı vəyerli əhalinin etimadını qazana bilmədiyinə görə Bağdada qaçdı. "Lübbüt-təvarix”dəMirzə Əbubəkrlə Qara Yusif arasında 1408-ci ildə Sərdrudda baş vermiş sonuncudöyüş bir cümlə ilə ifadə edilərək göstərilir ki, 24 zilqəde 810-cu ildə (1408)Mirzə Əbubəkr yenə də Təbriz sərhədlərində Qara Yusiflə cəng etdi və məğluboldu. "Əhsənüt-təvarix”də tərəflər arasında Sərdrudda baş vermiş savaş geniş şəkildətəsvir edilmişdir. Qaynaqda qeyd edilir ki, 1408-ci ildə Təbrizdə Şənbi-Qazandaordusu ilə yerləşən Qara Yusif İraq əmirlərini (türkman əmirləri – Z.B.)çağırıb deyir: "Mən türkman qəbiləsindənəm. ...İndi Mirzə Əbubəkr döyüş vəvuruş meydanına gəlməkdədir. ...Əgər onun tərəfinə getsəniz, qətiyyən mənimkönlümə ağır gəlməz”. Mənbədə göstərilir ki, bütün əmirlər Qara Yusifə sədaqətiniifadə etmiş və dövlətin düşməninə qarşı qətiyyətlə vuruşacaqlarını elan etmişlər.Qara Yusifin 20000 süvari və piyadadan ibarət ordusu şahzadəni (Mirzə Əbubəkri)qarşılamağa çıxmış və tərəflər arasında savaş 24 zilqəde (zülqədə) 810-cu ildə (21.04.1408)Sərdrudda baş vermişdir. Savaşda Mirzə Əbubəkrin ordusu məğlub oldu. MirzəMiranşahı Əmir Musa Dügərlinin qulamı qətlə yetirdi və onun bir çox görkəmli sərkərdələridə öldürüldü. Qara Yusif döyüşçülərinin ələ keçirdiyi qənimətə tamah salmadı vəƏbubəkrin geri çəkilən ordusunun da təqib edilməsinə icazə vermədi. MirzəMiranşahın cəsədini Təbriz yaxınlığındakı Sürxabda dəfn etdirib, onu qətləyetirən qulamı da öldürtmüşdü. Mənbənin verdiyi məlumatların təhlilindən aydın olur ki, bu qələbədən sonra, 1408-ciildə Qara Yusif oğlu Pirbudağı hökmdar elan edib, onun adına xütbə oxutdurub,sikkə kəsdirmiş və buyurmuşdu ki, "Pirbudaq xan yarlığında Əbu-Nəsr YusifBahadur sözümüz” (Əhsənüt-təvarix) yazılsın.

"Lübbüt-təvarix”də Qara Yusifin 1410-cuildə Qara Osman Bayanduru Diyarbəkrdə baş verən savaşda məğlub etməsi, həminildə Sultan Əhməd Cəlairi də Təbriz döyüşündə ələ keçirərək edam etdirməsi, Ərəbİraqını da tutub ora oğlu Şah Məhəmmədi hakim göndərməsi məsələlərinə az da olsatoxunulmuşdur.

Həsən bəy Rumlu Yəhya bin Əbdüllətif Qəzvinidənfərqli olaraq 1410-cu ildə Qara Yusiflə Əhməd Cəlayir arasındakı Təbriz savaşıhaqqında ətraflı məlumat vermişdiş O, yazır ki, Sultan Əhməd Cəlayir oyrat türkmanları, Kürdistanvə Luristan aşirətlərindən ibarət olan ordusu ilə Qara Yusif Türkmanın ŞərqiAnadoluda, Qara Osman Türkmanla savaşda olmasından istifadə edib Təbrizə daxiloldu. Qara Yusif tərəfindən həmin ildə məğlub edilib əsir götürülən Sultan ƏhmədCəlayir onun təkidi ilə Azərbaycanın Pirbudağa, Ərəb İraqının isə QiyasəddinŞah Məhəmməd Bahadura verilməsinə aid fərman yazıb möhürlədi. Pirbudaqlayanaşı, onun mənsub olduğu Baharlı sülaləsinin ondan sonra hakimiyyətə keçənnümayəndələri tam müstəqil hökmdar statusuna sahiblik hüququ qazanmış oldular.

"Əhsənüt-təvarix”də Qara Yusiflə Şirvanpadşahı Sultan İbrahim arasında elçilik mübadiləsi və baş vermiş savaş da ətraflıtəsvir edilmişdir. Mənbədə göstərilir ki, hələ 1410-cu ildə Sultan Əhməd CəlairTəbrizə hücum edərkən Sultan İbrahimdən də kömək istəmişdir. Lakin Sultanİbrahimin oğlu Kəyumərsin başçılığı altında göndərdiyi qoşun həmin ildə Təbrizyaxınlığında türkmanlar tərəfindən mühasirəyə alınıb əsir götürülmüşdür. Sultanİbrahim Qara Yusifə elçi ilə çoxlu töhfə göndərib oğlunu azad etmiş, ancaq onunQara Yusiflə gizli ittifaqından ehtiyat edib edam etdirmişdir. Qara Yusifin Azərbaycanıvahid mərkəzdə birləşdirmək məqsədi ilə Şirvana hücum etməsinin qaşısını almaqüçün Şəki hakimi Əmir Seyid Əhməd və Gürcüstan valisi Küstəndillə (1407-1412)müqavilə bağlayıb, h. 816-cı ildə (1413) Təbrizə doğru hərəkət edirlər. Mənbədətərəflər arasında savaşın h. 816-cı ildə (1413-cü il) Kür çayı sahilində başverdiyi yazılmışdır. Ancaq "Lübbüt-təvarix”də qeyd edilir ki, Qara YusifləŞirvan valisi Əmir Şeyx İbrahim Şirvani, Gürcüstan məliyi Küstəndillə döyüşh.815-ci ildə olmuşdu. Qara Yusifin ordusu döyüşdə qələbə çalmış, Şeyx İbrahimigürcü əsilzadələri ilə birlikdə əsir götürmüş (1412), onun qardaşını, əmirləriniələ keçirmiş, Küstəndili və onun bütün qohumlarını dərhal oldürtmüşdü. Şeyxİbrahimi isə Təbrizə gətirdib qan bahası bağladıqdan sonra azad edib Şirvanayola salmışdı. "Əhsənüt-təvarix”ə görə Şirvanşah dövlət xəzinəsinə 200 İraq tüməniödəməyi öhdəsinə götürmüş, bunu Əxi Qəssab və bir neçə nəfər Təbriz varlısıSultan İbrahimin Şamaxıya qayıtdıqdan sonra qaytaracağı şərti ilə ödəmişdilər.Şeyx İbrahim bundan sonra beş il də Şirvanda şahlıq etmiş h.820-ci ildə Allahınrəhmətinə qovuşmuşdu. Ondan sonra oğlu Əmir Xəlil onun yerinə padşah oldu. O da48 il hakimiyyətdə olmuş, h. 868-ci ildə vəfat etmişdi.

Həsən bəy Rumlu Qara Yusifin h.816-cıildə (1414-cü il) Diyarbəkr yaxınlığında min baş qoyun və yüz madyan kəsdiriboğlu Pirbudağa şahanə toy etmısindən bəhs edərkən, Azərbaycanın şimal-qərbindəgeniş ərazilərin ona tabe olduğunu yazır. Göstərilən ildə Bitlis hakimi Əmir ŞəmsəddinQara Yusifə tabe olub, Tərcanın idarəçiliyi türkman əmirlərindən Qara Bahaduratapşırılmış, Diyarbəkr yaxınlığındakı Germük qalası da ələ keçirilmiş, QaraOsmanla savaşda o, məğlub olaraq Diyarbəkrin şimal-qərbindəki Erqanı qalasınasığınmışdır. Bu zaman Əmir Bistam Çagırlı Qara Yusifin böyük əmirlərindən olub,Sultaniyyə, Ərdəbil, Muğan ona tiyul şəklində idarəçilik hüququ iləverilmişdir. Mənbədə bu il Şahrux padşahın Azərbaycana yürüş məqsədi iləHeratdan Nişapura gəlməsi haqqındakı məlumat Qəzvin, Germükün, İraq, İraqi Əcəmində tabe olduğu Azərbaycanın bir türkman dövlət anlayışında adının siyasi məna kəsbetməsindən xəbər verir. Mənbədə 1419-1420-ci illərdə baş vermiş hadisələrdən bəhsedilərkən Qara Yusif Azərbaycan padşahı kimi təqdim edilir.

Həsən bəy Rumlunun Turanın Aslanıadlandırdığı Qara Yusif Türkman 1419-cu ildə Şahruxun elçisi Sədiqini pərişanedici sözlərləqarşılayıb Herata yola salır. Sədiqi Herata qayıdıb Şahruxa bildirir. "QaraYusif Türkman özünü o diyarda müstəqil padişah sayır və ətrafdakı hakimlər,yan-yörədəki sərdarlar ona tabe edirlər”. Şahrux 01.09.1419-cu ildə HeratınZağan bağından çıxıb Azərbaycana doğru hərəkət edir.

Yəhya bin Əbdüllətif Qəzvini yazır ki,Qara Yusif h. 816-cı ildə (1414) İraqa gedərkən yolda xəstələndiyinə görə Həmədandangeri dönüb Sultaniyyə, Qəzvin, Tarom və Savəni yenə tutur. O, h.822-ci ildə (1419)Hələbə qoşun çəkmiş, ancaq h. 823-cü ildə (1420) Mirzə Şahrux Xorasandan onunüzərinə gəldiyini eşidib, onu qarşılamaq üçün geri qayıdarkən Ucanda pərşənbəgünü 7 zilqəde h. 823-cü ildə öz əcəli ilə vəfat et. Bu zaman onunoğullarından, əmirlərindən heç biri orada yox idi. Çılpaq götürüb yerə atdılar.Mənbələr yazırlar ki, onun vəfatından iki gün iki gecə keçdikdən sonraaxtaçılar gəlib (şah ilxıçı və atabaxanları, əmiraxur və s.- Z.B) onu Ərcişəapardılar ata-baba və əcdadlarının qəbirstanlığında dəfn etdilər. Onun hakimiyyətmüddəti on dörd ildən bir az çox olmuşdu. "Əhsənüt-təvarix”də Qara YusifTürkmanın şəxsi keyfiyyətinin üstün cəhətləri, igidliyi, ədaləti, rəiyyətləyaxşı rəftarı, məmləkətinin coğrafi hüduduları haqqında ətraflı məlumatverilmişdir. Mənbədə göstərilir ki, o, gözəl, əxlaqlı, Ulu Tanrının qorxusunungöz önündə saxlayan, insanlarla ədalətli rəftar edən, igid tarixi şəxsiyyətolub, əkinçiliyin artırılmasına, aləm əhlinin ərzaq təminatının səbəbkarı olankəndlilərə və əkinçilərə qayğı göstərilməsinə səy edib diqqət yetirirdi. MəmləkətiAzərbaycan, İraqi-Ərəb, İraqi-Əcəmdən və Diyarbəkrin bəzi yerlərindən ibarətidi. Qara Yusifin altı oğlu vardı.Pirbudaq xanı Qara Yusif hakimiyyətə oturtmuşdu. Ancaq o, atasının sağlığında vəfatetmişdi. Ondan sonra hakimiyyəti Qara Yusif öz adına keçirmişdi. Digər oğluƏmir Şah Mahmud 20 il Ərəb İraqında hakim olmuşdu. H.836-cı ildə (1432) qardaşıƏmir Əsban Bağdadı onun əlindən çıxardı. Şah Mahmud qorxudan Bağdadı tərk edibMosula gəlmiş, Mosul və Ərbili ələ keçirmişdi. Bundan sonra Bağdada tərəf yoladüşüb Yaqubiyyəni qarət edib Dərtəngə gəlmişdi. Məqsədi Səncarı da tutmaq idi.Ancaq orada Hacı Həmədani tərəfindən öldürüldü. Əmir Əsban isə qardaşı ŞahMahmudu Bağdaddan çıxardıqdan sonra on iki il orada hakim olmuşdu. O, 28 zilqəde848-ci ildə (1445) öz əcəli ilə vəfat etmişdi.

Yəhya Qəzvini yazır ki, Qara Yusifinoğullarından Əmir İsgəndər son dərəcə cəsarətli şücaətli və qorxmaz idi.Qaraqoyunlu tayfasında o şücaətdə bir nəfər yox idi, ancaq dövlət xadimi kimi zəifidi. Atasından sonra Qaraqoyunlu qoşunu onun ətrafında cəm olmuşdu. O, şəşenbəgünü 27 rəcəb h. 824-cü ildə (1421) Şərqi Anadoluda Ələşgərdin (Ələşgərdovalığı) sərhəddində Yəxşi deyilən yerdə Mirzə Şahruxla döyüşdü və onlarınarasında müharibə alovunun qətl və qırğın şöləsi iki gün davam etdi. Axşamlar tərəflərinqoşunu qaravulda durur, gündüzlər isə savaşırdılar. Üçüncü gün Mirzə İsgəndər məğluboldu və Fərat hüduduna qaçdı.

"Əhsənüt-təvarix”də Mirzə İsgəndərlə Şahruxun ordusu arasındakı bu savaşdatürkmanların çox cəsarətlə vuruşduğu, hətta müəyyən qələbələr də çalması qeydedilir. Mənbədə döyüşün Şahruxun ordusunun qələbəsi ilə başa çatmasını onunordusunun sayca çox olması, döyüş fillərindən istifadə etməsi və döyüşüngedişində Şahruxun Sərkərdələrindən Əmir Şahməliyin hiylə işlədərək, sevincnağarası çaldırıb Mirzə İsfəhanın (Qara Yusifin oğlu Mirzə Əsban əsirtutduqlarını elan etməsi nəticəsində türkman ordusunun pərişan olmasınizam-intizamın pozulması ilə əlaqədar olduğu göstərilmişdir. Həsən bəyRumlunun yazdığına görə, Şahrux Xoy yolu ilə Təbrizə gəlmiş və bu diyarın idarəçiliyiniQara Osmanın oğlu Əli bəyə tapşırmışdı. Yəhya Qəzvini yazır ki, h.828-c. i ildə(1424) Əmir İsgəndər yenə Təbrizə gəlib taxtda oturdu və Azərbaycana sahiboldu. O, həmin ildə ona müxalif olan İzzədin Məlik Kürdü, Əhlət hakimi Əmir Şəmsəddinidə edam etdirdi. 830-cu ildə (1426) isə Kürd Sultan Əhməd də öldürtdü. Onunordusu h. 831-ci ildə (1427) Şirvana daxil olub Şamaxını ələ keçirir, 832-ciildə (1428) Sultaniyyəni tutub buradan Mirzə Şahruxun adamlarını çıxarır və həminildə Mirzə Şahrux ikinci dəfə ona zərbəvurub sıradan çıxarmaq məqsədilə Azərbaycana gəlir. "Əhsənüt-təvarix” Şahruxun ikinci dəfə Azərbaycanaqoşun çəkib, İsgəndər Türkmanla müharibə etməsinin səbəbi ətraflı təsviredilmişdir. Mənbədə göstərilir ki, Mirzə İsgəndər Türkman 1429-cu ildə böyükordu ilə İraqi Əcəmə daxil olub, Sultaniyyə, Zəncan, Əbhər, Qəzvini tutmuş vəbu diyara Şahruxun hakim təyin etdiyi İlyas Xoca oğlu Əmir Yusifi də əsirgötürüb Təbrizə göndərmişdir. Bu diyara Dəli Türkmanı və Əlaüddövləni hakim təyinetmişdir. Bu səbəbdən Şahrux fərman göndərib, Gürcüstan, Məvərəünnəhr, Bədəxşan,Kabil, Zabil bütün Xorasan, Kirman, Fars, Xuzistan əsgərlərini vahid cəbhədəbirləşdirib Azərbaycana doğru hərəkət edir. İsgəndər Türkmanın ordusu ilə savaş10 zilhiccə 1429-cu ildə Səlmasda baş verir. İki qoşun arasında iki gün qətl vəqırğın olur. Əmir İsgəndər bu döyüşdə təsəvvürə gəlməyən hücumlar etdi. Nəticədəçox yorulub taqəti qalmadığına görə Ruma qaçdı. Şahrux Azərbaycan hakimiyyətiniQara Yusif Türknanın oğlu Əmir Əbusəidə həvalə edir. Mirzə Şahrux isə Xorasanaqayıtdıqdan sonra h. 834-cü ildə (1431) İsgəndər yenə Azərbaycanı tutdu və MirzəŞahrux tərəfindən Azərbaycana hakim təyin edilmiş qardaşı Əbusəidi qətletdirdi. O, h. 837-ci ildə (1433-1434) ikinci dəfə Şirvana hücum edib kütləviqırğın həyata keçirdi. Şirvan valisi Xəlilulla mülazimlərindən XalıqverdiniŞahrux padşahın yanına, bir qasid isə Diyarbəkrə Qara Osman Bayandurun yanınagöndərib onlardan kömək istəyir. 2 rəbiolsanih. 838-ci ildə (1434) Mirzə Şahrux onu dəf etmək üçün Xorasandan İraqa yoladüşür. Kirmandan Qanaşirin, Yəzddən Əmir Çakmak Şami, Mazandarandan ƏmirzadəƏbdülkərim, Fərahdan Şah İsgəndər, İsfahandan Əmir Xavəndşah, Həmədandan BabaHacı, Şirazdan Mirzə İbrahim, 08.07.1435-ci ildə Şirvan valisi Mirzə Xəlilulla,Qaraqoyunlunun böyük əmirlərindən Sultan Qazan, Bayəzid bəy Çagırlı, Ağa Piri,Seyid Əhməd Türk və Yqut Alpovut Şahrux Mirzəyə qoşuldular. Şahrux padşah buzaman Van qalasında olan Qara Yusifin oğlu Mirzə Cahanşahın yanına qasidlərgöndərib, onun da dərgahına çağırdı. Mirzə Şahrux Reyə çatdıqda Əmir İsgəndərinqardaşı Mirzə Cahanşah onun xidmətinə gəlib qovuşur. O, Mirzə Şahrux tərəfindənhörmət və izzətlə qarşılandı və həmçinin. Əmirzadə Şah Əli bin Əmir Şah Məhəmməd(Mahmud) bin Qara Yusif, Türkman əmirlərindən Əmir Bəyazid Ağqoyunlu da MirzəŞahruxla birləşdilər. Mirzə Şahrux Azərbaycan tərəfə hərəkət etmək haqqındagöstəriş verdi. Əmir İsgəndərin bu dəfə onunla qarşılaşmaq üçün kifayət qədərqüvvəsi yox idi. Azərbaycanı tərk edib Şərqi Anadoluya qaçarkən yolu üzərindəQara Osman Bayandurla qarşılaşır və onu ələ keçirib öldürür. Bu zaman MirzəŞahrux Azərbaycana daxil olub Rum və Şam hüduduna qədər hakimiyyəti MirzəCahanşaha verir və ona hakimiyyət nişanı ali möhürlə fərman bağışladı (verdi).Mirzə Şahrux h. 840-cı ildə Xorasanaqayıtdı. Bu xəbəri eşidən Əmir İsgəndər Rumdan qayıdıb Təbrizin Sufiyan kəndindəMirzə Cahanşahla cəng edir, ancaq məğlub olub Əlincə qalasına qaçır. Orada 25 şəvval841-ci ildə (1437) gecə öz oğlu Şah Qubad və onunla arasında münasibəti olancariyəsi Leyli tərəfindən qətl edilir. Onun hakimiyyəti 16 il sürmüşdü. MirzəCahanşah bin Qara Yusif 839-cu ildə (1435) Mirzə Şahruxun hökmü ilə ona tabeolmaq şərti ilə Azərbaycana hakim təyin olunmuşdu. Ancaq Mirzə Cahanşahın gündən-günəhakimiyyəti möhkəmlənirdi. Mirzə Cahanşah ölkədə sakitlik yaradıb 844-cü ildə (1440-1441)Gürcüstana müqəddəs müharibəyə gedib, oranı fəth etdi. Gürcüstanın fəthindənbir neçə il sonra qardaşı Əmir Əsban (Qara Yusif Türkmanın oğlu İsfahan Mirzə)1443-cü ildə vəfat edir. Beləliklə, Mirzə Cahanşahın hakimiyyət iddiasında olabiləcək rəqiblərinin dünyalarını dəyişməsi də onun hakimiyyətinin möhkəmlənməsindəaz rol oynamadı.

Şahrux da 1447-ci ildə vəfat edir. Buzaman onun Mirzə Uluğbəy, Mirzə İbrahim Sultan, Mirzə Baysunqur, MirzəSuyurqatmış, Mirzə Məhəmməd Çuki, Bardı və Canoğlan adlı yeddi oğlundan ancaqUluğbəy sağ idi. Uluğbəy Mavəraünnəhrdə Mirzə Baycunqurun oğlu Mirzə ƏlaüddövləHeratda, Baysunqurun Mirzə Sultan Məhəmməd adlı oğlu Luristanda idilər. MələkəŞahruxun həyat yoldaşı Gövhərşad bəyimin ciddi cəhdlərinə baxmayaraq, şahzadələrarasındakı hakimiyyət üstündəki çəkişmələrin qarşısını almaq mümkün olmadı. Nəhayət,hakimiyyətə Mirzə Uluğbəy keçir (1447-1449). Mənbələrdə Şahruxun vəfatındansonra Teymurlu Şahzadələri arasındakı hakimiyyət üstündən gedən çəkişmələrdən bəhsedilərkən, artıq Cahanşah baharlının Azərbaycanın dövlət müstəqilliyini tam bərpaetmək iddiasında olduğu açıq şəkildə görünür. Cahanşah 851-ci ildə (1448)türkman ordusu ilə İraqi-Əcəmə daxil olduqda, onun məqsədini hiss edən MirzəSultan Məhəmməd ona hökm göndərib, vaxtilə Şahrux tərəfindən verilmiş fərmanıxatırladır: "Padşahın (Şahruxun) lütfkarlığını görmüş Əmir Cahanşah bilsin ki,eşitdiyimizə görə onun adamları hökmdarın fərmanının əksinə olaraq, bizim vilayətlərimizədaxil olmuşdur. Bu hadisə qanunsuz surətdə baş vermişdir. Gərəkdir ki, həminvilayəti ali divanın naiblərinə geri versin və Şahrux padşahın onun üçün təyinetdiyi məmləkətlə kifayətlənsin. Əks təqdirdə, savaş meydanını təyin etsin”.Ordusunun gücünə inamı olan Cahanşah Mirzə Sultan Məhəmmədin göndərdiyi fərmanaməhəl qoymayıb, İraqdan Farsa doğru hərəkət edir. Ancaq onu oğulluğa qəbuletmiş Mələkə Gövhərşad bəyimin vasitəçiliyi ilə tərəflər arasındakı savaşolmadı. Mələkənin məsləhəti ilə, Cahanşahın qızı Sultan Məhəmmədə nigahlanır. Qəzvinvə Sultaniyyə süd haqqı olaraq, Cahanşaha verilir. Beləliklə, Cahanşah təhdid vənigah diplomatiyası ilə məqsədinə yaxınlaşır. Mirzə Cahanşah h. 856-cı ildə (1452)Ərəb İraqını tutub, h. 857-ci ildə (1453) İsfahanda kütləvi qırğın keçirdi.İraqi-Əcəmdə bütün möhkəm qalaları və xüsusilə şəhərlərdəki iç qalalarıdağıtdırdı. Fars və Kirmanı da işğal etdi. H.861-ci ildə (1456) Xorasanhökmdarı Babur Mirzənin (1447-1456) vəfat etməsindən istifadə edən Sultan Əbusəidinordusu Xorasanı tutmaq üçün Sandıqşekendən keçib Cürcana daxil oldu. Şeşənbegünü 25 məhərrəm h. 862-ci ildə (1457) Mirzə Əlaüddövlənin oğlu Mirzə İbrahimləAstrabadın bir fərsəhliyində cəng etdi və qalib oldu. Mirzə İbrahimin əmirlərinçoxu bu döyüşdə öldürüldü. Bu zaman Mirzə Cahanşahın ordusu Xorasana daxilolur. Həmin ilin şaban ayının 15-də Mirzə Cahanşah Herat şəhərində yerləşibaltı aya qədər burada dayandı. Mirzə Əlaüddövlə bin Mirzə Baysunqur göstərilənildə Qurban bayramı günü onun xidmətinə gəldi və ehtiram göstərdi. Bundan sonraSultan Əbusəid də Bəlxdən onun yanına üz tutdu. Bu zaman Mirzə Cahanşaha xəbərçatdırıldı ki, Maku qalasında məhbus olan oğlu Həsənəli həbsxanadan çıxıb Təbriziələ keçirmişdi. Elə buna görə Mirzə CahanşahSultan Əbusəidlə sülh bağlayıb Xorasanı ona güzəştə gedib və h. 863-cüildə (1458-1459) Azərbaycana qayıtdı. Həsənəlini ələ keçirib həbsxanayasaldırdı. Farsda hakimi olan digər oğlu Pirbudağı Bağdada hakim göndərdi.Cahanşah ondan da şübhələndiyinə görə h. 869-cu ildə (1465)İraqa qoşun yeridib Bağdadı mühasirəyə alır. Bağdadı bir ilə yaxın mühasirədəsaxladıqdan sonra, çox çətinliklə ələ keçirə bildi. Bağdadı tutub oğluPirbudağı edam etdirdikdən sonra Təbrizə qayıtdı. Artıq bütün İraqi Ərəb,Kirman, Oman dənizi sahili, Azərbaycan Rum sərhəddinə qədər, Şam onun hökmüaltında idi. Cahanşahın ordusu h.872-ci ildə (1467) Diyarbəkr hakimi Həsən bəytərəfindən yaranmış təhlükəni dəf etmək məqsədi ilə Anadoluya hücum edir. Ancaqdöyüşdən qabaq qış qapıya yetişdi. Bu zaman Cahanşah istədi ki, geri qayıtsın,lakin geri qayıdan zaman ehtiyatla hərəkət edilmədi. Əsas ordu öncə yola düşdü.Cahanşah özü kiçik hərbi dəstə ilə ordunun arxasınca hərəkət edirdi. Həsən bəyCahanşahın qoşunun çox irəli getməsindən istifadə edib 12 rəbiolsani 872-ci ildə(1467) min nəfər mükəmməl süvari ilə onun kiçik dəstəsini mühasirəyə aldılar.Mirzə Cahanşahın kiçik dəstəsi məhv edildi. Özü də qaçarkən öldürüldü.Oğullarından Məhəmmədi Mirzə və Əbu Yusif Mirzə ələ keçirib gözlərinə mil çəkdilər.Cahanşahın cəsədini Təbrizə gətirdilər və burada özünün inşa etdirdiyi Müzəffəriyyəməscidində dəfn etdilər.

Bu zaman Mirzə Həsənəli bin MirzəCahanşah Maku qalasında məhbus idi. O, bu hadisəni eşitdikdə dərhal həbsxananıtərk edərək hakimiyyətə keçdiyini elan edib dövlət xəzinəsini ələ keçirdi. O, əmirvə mülazinləri ələ almaq üçün xəzinənin qapılarını açıb onlara təxminən 150 mintümən bəxşiş payladı. Nəticədə 20 minə yaxın süvari onun ətrafına cəm oldular.Ancaq onun yaşadığı 25 il həbsxana həyatı beynində dəyişiklik yaratmışdı. Tədbirlideyildi. Atasının əmirlərini məhv edərək qüvvəsini tükəndirmişdi. Belə birvaxtda Həsən bəy Azərbaycana üz tutur. Həsənəli onu qarşılamaq üçün hərəkətəkeçir. Həsən Əlinin ordusu Mərənd ətrafında döyüşdə məğlub oldu. Bu zamanCahanşahın müttəfiqi Sultan Əbusəid Xorasandan ordusu ilə ona kömək etmək üçünSultaniyyəyə gəlmişdi. Həsənəli onun yanına qaçır. Sultan Əbu Səidin ordusuQarabağa qışlağa yola düşdükdə Həsənəli İraqa gedib burada bir çox əmir vəmülazimləri dərgahına dəvət edib qoşun təşkiledir. Ancaq, Həmədanda Uğurlu Məhəmməd bin Həsən bəyin rəhbər olduğu öncülərlə döyüşdə məğlub olan Həsənəli əsir düşür. O,h. 873-cü ilin şəvval ayında özünü öldürdü. Qaraqoyunlunun da axırı çatdı vəonların işığı söndü.

Beləliklə, Azərbaycanda yeni bir sülalə- Türkman Bayandurlu sülaləsi hakimiyyətə keçir. Bu Türkman sülaləsi Azərbaycanda1468-ci ildən 1501-ci ilə qədər hakimiyyətdə olmuşdur.

Qeyd: Məqalə ictimai məqsədləyayımlandığı və plagiarizmi önləmək üçün istinadlar silinmişdir. Məqaləni"Tarix və onun problemləri” jurnalının 2017-ci il sayının 3-cü nömrəsində tamolaraq oxuya bilərsiniz. Əlavə təklif və fikirləriniz üçün bu e-mailə müraciətedin. E-mail: [email protected]

ƏDƏBİYYAT:

1. Mahmudov Y.M. Öyrənilməmiş səhifələr. Bakı, 1972

2. İbrahimov C. Azərbaycanın XV əsr tarixinə dairoçerklər. Bakı, 1958

3. Fərzəliyev Ş. Azərbaycan XV-XVI əsrlərdə. Bakı,1983

4. Faruk Sümer. Kara Koyunlular. I cilt, Ankara,1967.

5. Petruşevski İ.P. XV əsrdə Azərbaycan dövlətləri:Tarix və fəlsəfə institutunun əsərləri, cild 1, Bakı, 1951, s.49-108.

6. Yəhya bin Əbdüllətif Qəzvini. Lübbüt-təvarix. Tehran,1363

7. Həsən bəy Rumlu. Əhsənüt-təvarix (Tarixlərin ənyaxşısı). Fars dilindən tərcümə və şərhlər: AMEA-nın müxbir üzvü, tarix elmləridoktoru, professor O.Əfəndiyev, tarix üzrə fəlsəfə doktoru, dosent N.Musalı,Kastamonu, 2017

THE REIGNS` YEARS OF THE DYNASTY OF AZERBAIJAN BARANLI(BASED ON YAHYA BIN ABDUL LATIF QAZVĪNĪ`S‘LUBB UT-TAVARIX’)

The Paper deals with history of the reign of the dynasty of AzerbaijanBaranli based onYahya bin AbdulLatif Qazvīnī`s work by name ‘Lubb ut-Tavarix’. The role of Baranli rulers isalso analyzed with the Persian language primary resources and historiography inthe article. There are many new facts about Qara Yusuf, Qara Isgandar andJahanshah.