adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
01 Sentyabr 2014 11:28
4420
MƏMLƏKƏT

Azərbaycan alimləri Yaponiyada

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizikaİnstitutunun əməkdaşları Yaponiyanın Niqata şəhərində keçirilən "Üç və çoxtərkiblibirləşmələr” adlı XIX beynəlxalq konfransda iştirak edirlər. AMEA-danAdalet.az-a daxil olan məlumata görə konfransda institutun direktoru,fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov başda olmaqla fizika-riyaziyyat sahəsində birqrup alim iştirak edir. 

İnstitutun direktoru N. Məmmədov konfransa komitə üzvükimi qatılıb və məruzə ilə çıxış edəcək.

Tədbirdə həmçinin, elmi müəssisənin alimlərinin müxtəlif mövzuluməruzələrlə çıxışları və elmi işlərinin təqdimatı nəzərdə tutulur.