adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Oktyabr 2016 22:55
7543
MƏDƏNİYYƏT

Azərbaycan alimi Rusiyada təltif edildi

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti Hüseyn Qurbanov Rusiya Federasiyasının Soçi şəhərində Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) payız sessiyasında iştirak edib.

Universitetdən Adalet.az-a bildiriblər ki, tədbirdə H.Qurbanova RTEA-nın müxbir üzvü diplomu təqdim edilib, həmçinin M.Lomonosov və D.Mendeleyev adına medallarla təltif olunub, ona "Əməkdar elm və təhsil xadimi” fəxri adı verilib.