Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyası müzakirə olundu
Avqustun 10-da Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Endryu Stou ilə görüş keçirib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Adalet.az-a bildirilib ki, görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, iki ölkə arasında tərəfdaşlığın geniş spektr üzrə daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Müzakirələr zamanı, xüsusilə Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyasının həyata keçirilməsi, eləcə də Bakı İqtisadi Dialoqunun nəticələri diqqət mərkəzində olub.
Bununla yanaşı, tərəflər qarşılıqlı maraq doğuran bir sıra regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb, sülhün, təhlükəsizliyin və rifahın təşviqinə xidmət edən məsələlər üzrə sıx qarşılıqlı əlaqələrin davam etdirilməsinə və məsləhətləşmələrin aparılmasına hazır olduqlarını təsdiqləyiblər.
Digər Xəbərlər
11 Avqust 2026 20:38
Naxçıvan Regional DOST Mərkəzinin açılışı oldu - FOTOLAR + YENİLƏNİB
11 Avqust 2026 20:04
Naxçıvan Sənaye Parkının təməli qoyuldu - FOTOLAR + VİDEO
11 Avqust 2026 19:51
Ölkə başçısı “Şəms 1” və “Qərbi Üfüq” stansiyalarında görülən işlərlə tanış oldu - FOTOLAR
11 Avqust 2026 19:34
Prezident və xanımı Naxçıvanda - FOTO
11 Avqust 2026 16:47
"TRİPP Zəngəzur dəhlizi reallığa çevrilməkdədir"
11 Avqust 2026 14:54
"“Artsax"ın mədəniyyət adı ilə təqdim edilməsinə "mədəni diplomatiya" demək olmaz”
11 Avqust 2026 12:38
"Azərbaycan Prezidenti güclü və qətiyyətli liderdir" - Stiv Uitkoff
11 Avqust 2026 10:02


Bakı -°C

