Azərbaycan ABŞ ilə enerji tərəfdaşlığının inkişafını müzakirə edib - YENİLƏNİB
Azərbaycan və ABŞ arasında "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRİPP) üzərindən elektrik enerjisinin nəqli və bu layihələr çərçivəsində ABŞ şirkətləri ilə əməkdaşlıq perspektivləri dəyərləndirilib.
Adalet.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr ABŞ Ticarət Palatasının Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi biznes missiyası çərçivəsində energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə keçirilən dəyirmi masada aparılıb.
Dəyirma masada Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), "Azərenerji", "Azərişıq", "Azəristiliktəchizat", Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin iştirak ediblər.
Dəyirmi masada Azərbaycan-ABŞ enerji tərəfdaşlığından məmnunluq ifadə edilib. Bildirilib ki, bu tərəfdaşlıq təkcə milli layihələrin deyil, eyni zamanda regional və beynəlxalq enerji təhlükəsizliyi layihələrinin uğurla reallaşdırılmasına mühüm töhfə verib. ABŞ şirkətlərinin texnologiyaları, təcrübəsi və investisiyaları iri transmilli enerji layihələrinin formalaşmasında həlledici rol oynayıb.
Dövlət başçılarının regionda sülhü təmin edən və Azərbaycan-ABŞ münasibətlərini strateji tərəfdaşlıq əsasında möhkəmləndirən siyasətinin enerji əməkdaşlığının inkişafına da təkan verdiyi vurğulanıb. Azərbaycanın bütün enerji növlərini bərabərhüquqlu əsasda inkişaf etdirməsi, regional enerji bağlantılarını şaxələndirməsi, enerji təchizatçısı rolunu elektrik enerjisi ilə genişləndirməsi və enerjinin mühüm bir hissəsinin məlumat mərkəzlərinin tələbatına yönəldilməsi ilə bağlı kursu diqqətə çatdırılıb. Neft, qaz, bərpa olunan enerji, elektrik enerjisi, hidrogen və enerji səmərəliliyi sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.
SOCAR və "ExxonMobil" arasında əməkdaşlığın cari vəziyyəti nəzərdən keçirilib. Həmçinin Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və Avropa arasında elektrik enerjisi dəhlizlərinin icrası dəyərləndirilib. Azərbaycan və ABŞ arasında enerji sahəsində texnologiya, bilik, təcrübə və investisiya istiqamətlərində əməkdaşlığa qarşılıqlı maraq nümayiş etdirilib.
Qeyd edək ki, nümayəndə heyətinə "Apple", "Ardea Energy Technologies Inc.", "Ericsson AB", "ExxonMobil", "Herbalife", "Illumina", "Meta", "Visa", "Wabtec", "Baker Hughes", bp, "Boeing Global", "Honeywell", "J.P. Morgan", "Lummus Technology", "Marriott", "Mastercard", "Shell International", "Motorola Solutions", "Fuji Engineering", "Global Data Risk", "Hill International", "Lummus Technology", "Straife" və digər şirkətlərin rəhbər şəxsləri daxildir.
***
10:44
Azərbaycan və ABŞ arasında enerji tərəfdaşlığının yeni mərhələdə inkişafı istiqamətində əməkdaşlıq imkanları dəyərləndirilib.
Adalet.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsində hesabında bildirib.
Nazir bildirib ki, ABŞ Ticarət Palatasının Azərbaycana biznes missiyası çərçivəsində Palatanın Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyəti ilə müzakirələr aparılıb.
"Azərbaycan-ABŞ enerji tərəfdaşlığının yeni mərhələdə inkişafı istiqamətində əməkdaşlıq imkanlarını dəyərləndirdik", - deyə P. Şahbazov qeyd edib.
Digər Xəbərlər
10 Fevral 2026 13:33
Aylıq sosial ödənişlə təmin edilən uşaqların sayı açıqlanıb
10 Fevral 2026 12:27
"Bank hesablarından vəsaitin oğurlanması halları artıb" - Deputat
10 Fevral 2026 12:26
Azərbaycanda bu materialların istifadəsi qadağan edilir
10 Fevral 2026 12:25
Bu obyektlər ixtira hesab edilməyəck
10 Fevral 2026 12:24
Patent sahibinin müstəsna hüquqları ilə bağlı yeni qayda
10 Fevral 2026 09:42
Türkiyə, Naxçıvan və Azərbaycanı birləşdirəcək yoldan son görüntülər - VİDEO
09 Fevral 2026 17:33
Pensiya artımları kimlərə şamil olunacaq?
09 Fevral 2026 17:06


Bakı -°C

