adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 Mart 2019 16:07
26719
TEXNOLOGİYA

“Azerbaijan Public Speaking Competition” layihəsinin yarımfinal mərhələsi yekunlaşıb

Dünyanın ən böyük natiqlik yarışmasını həyatakeçirən "The English-Speaking Union” təşkilatının tərəfdaşı olan "AzerbaijanPublic Speaking Competition” çərçivəsində 2-3 mart, 2019-cu il tarixindəyarımfinal mərhələsi baş tutub.

Beynəlxalq proqram çərçivəsində iştirakçılarpeşəkar və beynəlxalq təcrübəyə malik təlimçilər tərəfindən 20 saatlıq təlimkursunda iştirak etdikdən sonra 4 gün ərzində yarımfinal çıxışları üçünmentorların köməyilə öz təqdimatlarını hazırlayıblar. Bu mərhələ yekunlaşdıqdan sonra iştirakçılaryarımfinal mərhələsində "Gələcəyi təxmin etməyin ən yaxşı yolu onu kəşf etməkdir!”mövzusu ətrafında çıxışlar ediblər. Çıxışlar münsif heyəti tərəfindən beynəlxalqmeyarlara əsasən qiymətləndirilib.

Ən yüksək balla qiymətləndirilən 10 nəfər finalavəsiqə qazanıb. Finalçıları sizə təqdim edək:

Vaqif Qasımov - Bakı-Oksford Məktəbi

Səadət Xəlilova - AzərbaycanDövlət Neft və Sənaye Universiteti

Nərgiz Əli - AzərbaycanTibb Universiteti

Lamiyə Hüseyn - "Dünya”Məktəbi

Raul Məmmədov - "Dünya”Məktəbi

Adil Qafarlı - BakıMühəndislik Universiteti

Murad Şahməmmədli - DünyaMəktəbi

Ləman Əlipaşayeva - Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziya

Eldar Əliyev - DövlətGömrük Komitəsinin Akademiyası

Solmaz Fətullayeva - AzərbaycanMemarlıq və İnşaat Universiteti

Yarışmanın qalibi tələbə və şagirdlərarasında Azərbaycanın ən yaxşı natiqi seçiləcək və 13-17 May tarixlərindədünyanın ən böyük natiqlik yarışması olan "Beynəlxalq Natiqlik Yarışması”-ndaölkəni təmsil etmək hüququ qazanacaq.

Layihənin qızıl sponsoru gənclərinintellektual və peşəkar inkişafı üçün nəzərdə tutulmuş müxtəlif layihə və tədbirlərinkeçirilməsinə daima dəstək və diqqət ayıran "Gilan Holdinq"dir.

Layihənin media tərəfdaşları "Trend”İnformasiya Agentliyi və "MAG” verlişidir.

APSC (Azerbaijan Public SpeakingCompetition) dünya təcrübəsini tətbiq edərək Azərbaycanda gələcək liderləri,natiqləri yetişdirən platformadır.

APSC Britaniyanın 100 ildən artıq təcrübəyəmalik ESU "The English-Speaking Union” təşkilatının tanınan tərəfdaşıdır. Əməkdaşlıqçərçivəsində, qalib olan şəxslər beynəlxalq yarışmada iştirak üçün hər ilLondona səyahət edirlər.

Eyni zamanda, APSC Amerika BirləşmişŞtatlarının PSA "Public Speakers Association” təşkilatı ilə əməkdaşlıq edir. Həril müxtəlif ölkələrdə baş tutan "Beynəlxalq Natiqlər Konfransı” dünyanın həryerindən korporativ işçiləri, şirkət rəhbərlərini, natiqləri, biznes liderlərinibir araya gətirir. Konfransda Azərbaycandan seçilən şəxslər iştirak edirlər.