adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Aprel 2014 10:36
7143
MƏMLƏKƏT

Azay Quliyevdən Şirvan gənclərinə çağırış - Fotolar

Milli Məclisin deputatı Azay Quliyev Şirvanşəhərində seçicilərilə növbəti görüşünü keçirib. Gənclərin sayca üstünlüktəşkil etdiyi görüşdə millət vəkili əvvəlcə qəbula gələn Şirvan sakinlərininmüraciət və şikayətlərini dinləyib və üzləşdikləri problemlərin həlli istiqamətindəmüvafiq qərarlar qəbul edib.

Daha sonra Şirvan gəncləri iləsəmimi söhbət edən millət vəkili onları narahat edən məsələlərlə maraqlanaraq,qarşılaşdıqları problemlər, Şirvan şəhərinin ictimai-siyasi həyatında dahaaktiv iştirakları üçün rəy və təkliflərini dinləyib. Görüş zamanı uğurludövlət-din siyasətinin nəticəsi kimi ölkəmizdə dini tolerantlıq mühitininyaradıldığı, dövlət-din münasibətlərinin beynəlxalq hüquq normalarına uyğuntənzimləndiyi haqda fikir mübadiləsi aparılıb, millət vəkili Şirvan şəhərindəqeyri-ənənəvi təriqətlərin təbliğatının qarşısının alınmasında, milli-mənəvidəyərlərin və tolerant mühitin qorunub saxlanmasında gənclərin daha aktivfəaliyyət göstərmələrinin vacibliyini bildirib.

Azay Quliyev gənclər tərəfindənirəli sürülən mədəni tədbirlərin keçirilməsi, kütləvi idman yarışlarınıntəşkili, böyük beynəlxalq layihələrin şəhər gənclərini əhatələməsiistiqamətində verilən təklifləri ətraflı araşdıracağını və onların tezlikləhəllinin tapılması üçün müvafiq addımlar atacağını bildirib.

Elə həmin gün Şirvan şəhərininHacıqəhrəmanlı qəsəbəsində Azay Quliyevin təşəbbüsü ilə xarici donorlarınmaliyyə vəsaiti hesabına tikiləcək tibb məntəqəsinə ayrılan ərazidə olmuş,qəsəbə bələdiyyə sədri və İH nümayəndəsi ilə texniki-təşkilati məsələlərimüzakirə edib.

GörüşlərdəŞirvan şəhər İcra Hakimiyyəti başçısının müavinləri Samid Abıyev və ElmiraAğayeva iştirak ediblər.

Anar