AZAL-ın qəhrəman bələdçisi uzun müddət sonra görüntüləndi - FOTO

Ötən il Rusiya tərəfindən vurulan, Bakı-Qroznı uçuşunu icra edən AZAL təyyarəsinin bələdçisi, hadisə zamanı yaralanan və Prezident tərəfindən 1-ci dərəcəli "Rəşadət” ordeni ilə təltif edilən Aydan Rəhimlinin yeni görüntüsü yayılıb. O, uzun müddət sonra təyyarədə azyaşlı uşaqla şəkil çəkdirərək paylaşıb.
Adalet.az xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial mediada paylaşım edib.
Paylaşımda qeyd edilir ki, fotoda Aydanın yanında yer alan uşaq şəhid mayor V. Vəliyevin övladıdır:
"AZAL təyyarəsinin qəzaya uğrama videolarını izləyən qardaşım oğlu Tuqaya hadisə çox pis təsir etmiş, təyyarə qorxusu yaranmışdı. Hətta qardaşı doğulanda da nə qədər təkid etdik, Bakıya gəlmək istəmədi. Bir neçə gün əvvəl valideynlərilə birgə Bakıya gəlməyə razılaşan Tuqay təsadüfən qəzada sağ qalan, Rəşadət ordeni ilə təltif olunan Aydan xanımla təyyarənin salonunda rastlaşıb. Naxçıvandan qayıdan Aydan xanım ona təyyarənin qorxulu olmadığını, daha qəza olmayacağını, birlikdə rahat uçacaqlarını deyərək inandırmağı bacarıb”.
Digər Xəbərlər

Qazla əlaqədar yeni sabit aylıq tarif olacaq

Sülhün mənzərəsi:"Sülh müqaviləsi" erməni ədavətini səngidəcəkmi?

Hərbi prokuror DSX-nin hərbi qulluqçuları ilə görüşdü - FOTOLAR

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs olundu - VİDEO + YENİLƏNİB

İsrail səfiri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi

Bu yolda hərəkət 10 gün müddətinə tam məhdudlaşdırılacaq

Elçin Quliyev yeni generallara ali hərbi rütbələrini təqdim edib - FOTO
