adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
30 Aprel 2020 08:36
96463
MÜSAHİBƏ

Azadə Balayeva: "Tanınmayan jurnalist jurnalist deyil" - MÜSAHİBƏ

"Xanim sözü”nün növbətiqonağı jurnalist Azadə Balayevadır.

--Karantin günlərini necə keçirirsiniz?

- Jurnalistlərüçün karantin rejimi-filan yoxdur. Digər həmkarlarım kimi mən də ölkəmizdə buqorxunc bəla müşahidə olunmağa başlayandan işimin başındayam. Həftənin altıgünü, səhər saat 10-dan axşam doqquza qədər işdəyəm. Bu günlərdə üzərimizə nə qədər böyük məsuliyyətin düşdüyünün fərqindəyik. Mənə elə gəlir ki, jurnalistlər bu günlərdə polislər, hərbiçilər, təmizlik işçiləri qədər fədakarlıq nümayişetdirirlər. Hətta deyərdim ki, həkimlər bu gün fiziki sağlamlığımızacavabdehdirlərsə, jurnalistlər də cəmiyyətdə ruhi tarazlığın qorunmasına görəyükü öz üzərlərinə götürüblər. Mediaolmasa dövlətin gördüyü işlərin də bu qədər effekti olmaz. Media dövlətlə cəmiyyət arasında birkörpüdür. Hökumətin gördüyü işləri cəmiyyətə məhz jurnalistlər çatdırır və insanlarda bu günlərdə fəlakətlə təkbaşına qalmadıqlarını anladılar, dövlətin bupandemiyadan minimal itkiylə çıxmaq üçün mümkün bütün addımları atdığına şahidoldular. Eləcə də, gün boyu maarifləndirici süjetlərlə insanların pandemiyadövründə necə davranmalarını aşıladıq, xəstəliyinmiqyasını, bəzən dəhşətini bütünçılpaqlığı ilə göstərməklə insanları səngərlərinə - evlərinə çəkilməsinə vasitəçiolduq. Nəticədə çox şükür ki, qısa müddətdə müsbət tendensiyalar müşahidəolunmağa başladı. Dövlət başçımız prezident İlham Əliyevmüsahibələrindən birində, "jurnalistlərbəlkədə özləri də bilmədən mənimköməkçilərimdir” demişdi.Bəlkə təvazökarlıqdan uzaqgörünə bilər, amma mənə elə gəlir ki, bu kritik günlərdə jurnalistlər həqiqətən hökumətin ən yaxşı köməkçilərioldular.

Heç vaxt işləmək istəmirsənsə, sevdiyin işlə məşğulol



- Hazırda harda çalışırsınız?

- Hazırda SpaceTV-də "Hər Gün” Xəbərlər Xidmətinin redaktoruyam. 2017-ci ildə Space-dənayrıldıqdan sonra bir mddət özəl şirkətlərdən birində media məsələləri üzrəmenecer kimi çalışdım. Baxmayaraq ki, jurnalistikadakı işimdən daha rahat və gəlirliiş idi, amma sevdiyim işdən uzaq qalmaq məni çox sıxırdı. Ona görə də təkrarsevimli işimə döndüm. Konfutsinin çoxsevdiyim bir deyimi var, deyir, "heç vaxt işləmək istəmirsənsə, sevdiyin işlə məşğulol”. Mənim hazırkı statusumu bu deyimlə ifadə edərdim.

-Şəkili qızı Bakıya bağlayan nə oldu?

- Təbii ki,işim, arzularım. Mən jurnalistəm, sənətimi də çox sevirəm və bu iş mənim üçünsadəcə gəlir mənbəyi deyil. İndi təsəvvür edin, mən doğulduğum Şəkinin AşağıGöynük kəndində hansı media orqanında çalışa bilərəm sizcə? Bilmirəm, bu sual təsadüfidirmi, yoxsa sonvaxtlar sosial mediada yenidən aktuallaşan "rayonlular Bakıya niyə gəlir?”şovinizmindənmi qaynaqlanır. Amma, hər nədirsə, demək istəyirəm ki, xoşbəxtolmaq hər bir insanın amalı və haqqıdır.İnsan özünü harada, necə xoşbəxt görürsə orada da yaşamalıdır. Biriözünü kəndin yaşıllığında, təmiz havasında xoşbəxt hiss edirsə, digəri üçün isəXəzərin sahilində səhər velosiped sürmək daha xoşdur. Mənim Atam 18 il işiyləbağlı Bakıda yaşadı və qaldığı hər gün kəndi arzulayırdı və işindən ayrılandandərhal sonra kəndə döndü. Qısa müddətdə təsərrüfatını da qurdu, bağ saldı,qoyunlar aldı, toyuq-cücə artırdı. Bütün bunlar onu xoşbəxt edirdi. Amma mən belə şeylərdən xoşbəxt ola bilmirəm.Mənim arzularımın yaxından – uzağa kəndlə bir əlaqəsi yoxdur. Uşaqlıqdan musiqiyə çox həvəsim vardı. Atama az qala son gününə qədər irad bildirdimki, məni musiqi məktəbinə qoymadın. Səbəb kənddə yaşamağımız, rayon mərkəzinəgediş – gəlişin çətin olması idi. O səbəbdən də arzum ürəyimdə qaldı. Eləcə də,bayaq qeyd etdiyim kimi, sənətimlə bağlı arzularımın da kəndlə bir əlaqəsiyoxdur. Bəlkə də orada həyat şəraitim daha yüksək olardı, ən azından kirayələrdəömrüm çürüməz, bu gün də nəmişlikdən uçub-tökülən 22 kvadratmetrlik mənzilə ayın sonunda ödəyəcəyim 200 manatın dərdiniçəkməzdim. Amma şükürlər olsun ki,sevdiyim işlə məşğulam və bu illəriboşuna yaşamamışam. Ümid edirəm ki, dövlətimizin, ölkə başçımızın jurnalistlərinproblemlərinə diqqəti və qayğısının nəticəsi olaraq ev problemim də 3 ay sonrahəllini tapar, jurnalistlər üçün ayrılan mənzillərdən nəhayət mənə də pay düşər.



-Efirlərdən uzaq düşmüsünüz. Əvvəllər hər gün siziekranda görürdük.

- Elədir. İndiişimin xarakteri elədir ki, fəaliyyətimin nəticəsi görünsə də özüm kadrarxasında qalıram. Əslində, ölkəmizdə koronavirusla mübarizəyə start veriləngünlərdə televiziyamızda "Bu Gün, İndi” adlı analitik – informasiya proqramıyayıma başladı və aparıcılığı da mənə həvalə olunmuşdu. Amma qısa müddət sonraişlərimin çoxluğundan ondan imtina etməli oldum.


-Uşaqlıqdan efirdə sizi görürdüm. İllər keçib. Sizitanımasaydım elə bilərdim 100 yaşınız var.

- Məniqocaltdığınız üçün "təşəkkür” (gülür). Yadda qalmaq, tamaşaçı tərəfindənxatırlanmaq çox gözəl hissdir. VladimirMolçanov deyir, tanınmayan jurnalist jurnalist deyil. Mən aparıcı kimi deyil, məhzimzama görə, jurnalist kimi tanındığıma görə sənətdə xoşbəxtliyimə nail oduğumusöyləyə bilərəm. Bir neçə il əvvəl, hələ ANS – də işləyirdim. Bir yerdə növbəyədayanarkən iki nəfərin söhbətinə şahid olmuşdum. Biri məni göstərib digərinədeyirdi ki, bu qız Milli Məclisin saatlarla davam edən iclasından 2-3 dəqiqəlikelə reportaj edir, bütün vacib məsələləri elə əhatə edir ki, elə bilirsən özüniclasda iştirak etmisən. Tamaşaçının belə detallara diqqət etməsinə çox heyrətlənmişdim.Milli Məclisdən reportyorluğumdan söz düşmüşkən, bir hadisəni də xatırladım. Bu gün çox tanınan həmkarlarımdanbiri bir gün parlamentdə mənə yaxınlaşıb dedi ki, bəs rəhbərlik mənə deyirikiniz də eyni iclsa gedirsiniz, necə olur ki, Azadə Balayevanın reportajları,seçdiyi sinxronlar (parlamentdə deputatların çıxışlarındandan parçalar) dahamaraqlı olur. Ona görə də rəhbərlik həmin həmkarıma parlamentdə mənim fəaliyyətimiizləməyi tapşırmışdı. Yəni, dediyim odur ki, adətən belə detalları peşəkarlarduyur, tamaşaçının da görməsi insanı sevindirir.

Mirşahinin işçilərin üstünə qışqırdığını, hətta təhqiretdiyini deyirdilər

-Bütün media çalışanlarına jurnalist deyirlər.Türkiyədə TV muhabiri, qazeteci kimi anlayışlar var. Özünüz də əvvəllər qəzetdəçalışmısınız. Tv, radio,sayt yoxsa qəzet? Hansı daha doğmadır?

- Mən jurnalistfəaliyyətimə qəzetdən başlamışam. Amma həmişə ağlımda televiziya jurnalistiolmaq vardı. Hətta ANS-ə gəlməzdən əvvəl iş üçün Space TV-ə müraciət etmişdim.Bu 2004-ci ilin əvvəllərinə təsadüf edir. O vaxt Space çox baxılır, çoxsevilirdi. Amma Space-dən müraciətimə cavab gəlməzdən əvvəl ANS-dən dəvətaldım. Təbii ki, ANS də məşhur idi o vaxtlar. Amma oradakı vəziyyətlə bağlıdedi-qodular məni qorxudurdu. Televiziyaya nə qədər həvəsim olsa da həmin vaxtaqədər artıq iki dəfə müxtəlif səviyyələrdə ANS-də çalışmağımla bağlı dəvətalmışdım, amma imtina etmişdim. Deyirdim, mən Mirşahinlə işləyə bilmərəm.Xarakterimə bələd olanlar, söz götürmədiyimi bilirlər. Orada da Mirşahininişçilərin üstünə qışqırdığını, hətta təhqir etdiyini deyirdilər. Ona görə tərəddüdedirdim. Sonradan bunu Mirşahin müəllimə söyləmişdim, onda, "dəli – zadamboş-boşuna kiminsə üstünə qışqıram”, demişdi. Həqiqətən də, orada çalışdığımmüddətdə şəxsən özümə qarşı nə Mirşahin, nə də Seyfulla və Vahid Mustafayevlərdənbir hörmətsizlik görmədim. Tam əksinə, həmişə mənə dəyər veriblər. Beləcə, üçüncüdəvətdən sonra, "Koroğlu üçdən deyib” məsəli ilə ANS-dən televiziya həyatımbaşladı və bu gün də davam edir.

Çalışdığım qəzetlərdə mənim üçün doğmadır. Mən "Hürriyyət” və "525-ci qəzet”lərdə çalışmışam.Universitet skamyasından sonrakı məktəbim bu qəzetlər olub. Bu mediaorqanlarında bu gün Azərbaycan mediasının aparıcı simaları olan insanlardan çoxşey öyrənmişəm, gözəl dostlar qazanmışam.Saytlara gəlincə, təəssüf ki, saytlarda uzunmüddətli fəaliyyətimolmayıb. Sadəcə zaman-zaman saytlarda tərcümələrim, məqalələrim dərc olunur.Buna görə sayt rəhbərləri dostlarıma minnətdaram.

-Yuxarda qeyd etdiklərimdən hansı insanı daha peşəkarjurnalist kimi yetişdirə bilir?

- Dövr və kütləviinformasiya vasitəsinin xarakterinə görə fərqlidir. Məsələn, Azərbaycanın mediaməkanında belə bir tezis var ki, yaxşıtelereportyor olmaq üçün mütləq öncə bir müddət qəzetdə çalışmaq lazımmış. Ammamən televiziyada çalışacaq xəbər jurnalisti üçün bunu vacib hesab etmirəm vəmedianın yaxın tarixi də göstərir ki, jurnalistikaya sıfırdan televiziyadabaşlayan nə qədər uğurlu telereportyorlar olub. Çap media məktəbini keçmək dahaçox publisitikaya, analitikaya, araşdırma jurnalistikasına meylli olanlar üçünvacibdir. Qeyd etdiyim kimi, fərqli dövrdə yaşamamız da jurnalistlərin yetişməsindəyeni imkanlar açıb. Bu gün online media istər operativliyi, istərsə dəauditoriyasına görə istər çap, istərsə də elektron medianı qabaqlayır. Son illəronline mediada çox uğurlu imzalar yetişib. Bir də qeyd edim ki, ilk haradabaşlamağından asılı olmayaraq yaxşı jurnalist olmanın əsas şərti bu sənətə həvəsinolması, ona sevgidir. Bura sənin üçün sadəcəgəlir yeri, ayın sonunda maaş alacağın yer yox, sevimli, hər dəqiqəsindənzövq aldığın bir sahədirsə hər an öyrənməyə can atacaqsan və sonunda gec-tez uğur qazanacaqsan. Təbii ki, bu mediaorqanlarında qarşılaşacağın məllimlərin də önəmi az deyil...

-Heç elə anlar olur ki, Şəkiyə köçmək, şəhər həyatındantam uzaq həyat yaşamaq istəmisiniz. Gələcəkdə mümkündür?

- Elə bir"romantikadan” uzağam (gülür). Şəkini, kəndimizi çox sevirəm. Ən çox da yaz fəslində.Amma oralara yalnızca ildə bir-iki dəfə dincəlməyə getməyə üstünlük verirəm.

-Mətbəxdə dahapeşəkarsınız, yoxsa? Yaxud bununla bağlı ikinci belə bir sual da əlavə edim: Mətbəxdadaha azadsınız, ya işdiyiniz media qurumlarında?

- Etiraf edimki, aşbaz kimi peşəkar sayılmaram. Azərbaycan mətbəxinin bir çox yeməkləriniheç bişirməmişəm. Çünki çox vaxt Anam yanımda olub, yeməklərimi o bişirib. Sonbeş ildə də bacımın qızı yanımdadır, indi də o özəlləşdirib mətbəxi. Amma deyilənlərəgörə yeməklərim dadlı olur. Azadlıq məsələsinə gəldikdə isə, təbii ki, mətbəximdədaha azadam. Çalışdığım şirkətdə mən də digər əməkdaşlar kimi məhdud səlahiyyətləriolan işçiyəm və azadlığım da yalnız bu səlahiyyətlər çərçivəsində ola bilər.İşçi çalışdığı şirkətin rəhbərinin iradəsinin ifadəçisidir. Bir Xəbərlər Xidmətinin redaktorunda yalnızpeşəkar azadlıq ola bilər. Onun kanalınefir siyasəti ilə bağlı söz sahibi olması ağlabatan deyil.

-Bir övladınız var. O da səhv etmirsəmsə sizdənuzaqda Türkiyədə qalır. Təklik sizi qorxutmur?

- Mənə çox adamdeyir, "bir oğlun var, niyə gözündən uzağa göndərmisən?”- filan. Bu ənənəvi azərbaycanlıdüşüncəsidir. Yəni, kasıbın malı mütləq göz qabağında olmalıdır (gülür). Bəs,uşağın özünün arzusu? Oğlum İstanbul Universitetinin üçüncü kurs tələbəsidir.Özü orada oxumaq istədi. Azərbaycanlı məntiqiylə mən məhz bir oğlum olduğunagörə, tək qalmayım deyə onun arzularına qarşı getməliydim. Mənim üçün önəmliolan oğlumun xoşbəxtliyi, onun seçimidir. Heç vaxt onun arzularına qarşı getməmişəm,tam əksinə hər zaman dəstək olmuşam. Bundan sonra da belə olacaq. Bir də texnologiyanın indiki inkişafı uzaqlıqanlayışını da aradan qaldırıb. Hər gün görüntülü danışa bilirik. Sadəcə bukarantin günlərində oğlumun yanımdaolmasını çox arzuladım. Sərhədlər bağlandığına görə də onun gəlməsi mümkünolmadı.

- Bir çox həmkarınız tanındıqdan sonra hansısaquruma mətbuat katibi gedir. Sizi məmur kimi görmək mümkündür?ff

- Heç vaxt eləbir arzuda olmamışam. Mən bayaq da qeyd etdim, iş mənim üçün sevimli bir əyləncəolmalıdır, sıxılmamalıyam, gözüm saatda olmamalıdır, iş vaxtı bitsəydi çıxıbgedərdim deyə. Bir də mənim üçün önəmli olan faydalılıq prinsipi var. Bubaxımdan düşünürəm ki, hansısa məmurun doğru-yanlış fikrinin yayılmasına vasitəçiolan o cür məmurdansa, öz sözünü 10milyona, bəlkə də daha geniş auditoriya çatdıran jurnalist olmaq cəmiyyət üçündaha faydalı vəzifədir. Mən nə vaxtsa məmur olmaq fikrinə düşsəm yəqin ki, yaBakı şəhər İcra Hakimiyyətinin başçısı, ya da Təhsil Naziri postlarına iddia edəcəm.Bu sahələrlə bağlı çox gözəl planlarım var (gülür).

Söhbətləşdi: Emin PİRİ