Azad olunmuş ərazilərdə İran şirkətləri yaxın zamanlarda konkret layihələrlə işə başlayacaq
28 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, nazirlər iki ölkə arasındakı münasibətlərin müxtəlif aspektlərinin inkişafından məmnunluq ifadə ediblər.
Son həftə ərzində İranın yol və şəhərsalma naziri Rüstəm Qasiminin Azərbaycana səfərinin nəticələri və əldə olunmuş razılıqlar, habelə Azərbaycan müdafiə naziri Zakir Həsənovun İrana səfəri və bu çərçivədə keçirilmiş görüşlər iki ölkə arasındakı əlaqələrin inkişafının bariz göstəricisi kimi vurğulanıb.
Tərəflər, o cümlədən birgə layihələrin həyata keçirilməsini, Astaraçay üzərində təməli qoyulmuş yeni körpünün, eləcə də İran Astarasında dəmir yolu yük terminalının tikintisinin 2022-ci ildə tamamlanmasının hədəflənməsinin ikitərəfli əlaqələrin inkişafına müsbət təsir edəcəyini qeyd ediblər.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclasının bu ilin mart ayında Bakıda keçirilməsinin planlaşdırıldığı məmnunluqla bildirilib.
Nazirlər, Azərbaycanın azad olunmuş torpaqlarında İran şirkətlərinin yaxın zamanlarda konkret layihələrlə işə başlayacağını vurğulayıb və bununla əlaqədar fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələləri müzakirə ediblər
Digər Xəbərlər
22 Dekabr 2025 18:01
Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyasının iclası olub
22 Dekabr 2025 17:40
Sergey Məlikov İlham Əliyevi təbrik etdi
22 Dekabr 2025 17:06
Ceyhun Bayramov Vladanka Andreyeva ilə görüşüb
22 Dekabr 2025 16:38
ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib
22 Dekabr 2025 16:31
Tatarıstanın Rəisi Prezident İlham Əliyevi təbrik edib
22 Dekabr 2025 16:25
"Şuşa Bəyannaməsi ilə münasibətlərimiz müttəfiqlik səviyyəsinə yüksəlib"
22 Dekabr 2025 15:38
"Qazın Türkiyəyə ixracına başlanılması ilə bağlı danışıqlar aparılır" - Baş nazir
22 Dekabr 2025 14:35


Bakı -°C

