Azad edilmiş ərazilərdə sosial sığorta subsidiyasının həcmi açıqlanıb
2024-cü il üzrə işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən 20 sığortaedən, 933 sığortaolunan üzrə hesablanmış 305,82 min manat sosial sığorta vəsaiti subsidiyalaşdırılıb.
Adalet.az xəbər verir ki, bu Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üçün büdcə layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksini tapıb.
Rəydə qeyd edilib ki, 2023-cü illə müqayisədə 2024-cü ildə müvafiq istiqamət üzrə sığortaedənlərin sayı 5 dəfə, sığortaolunan sayı 3,66 dəfə, hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə subsidiyalaşma isə 3,57 dəfə artıb. Cari ilin I yarısının icra göstəricilərinə əsasən ümumilikdə “Sosial sığorta haqqında” qanunun müvafiq maddəsinin hər iki bəndi üzrə işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən 23 sığortaedən və 327 sığortaolunana hesablanmış 87,44 min manat vəsait subsidiyalaşdırılmışdır ki, bu da ötən ilin müvafiq göstəricisinin 28,6%-i həcmindədir.
Xatırladaq ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 09 dekabr 2022-ci il tarixli 680-VİQD nömrəli Qanununun 1.4-cü maddəsinə əsasən Qanuna 14-1-ci maddə əlavə edilmiş və bu maddənin 01 yanvar 2023-cü ildən 01 yanvar 2033-cü ilədək qüvvədə olması nəzərdə tutulmuşdur. Qanuna yeni əlavə edilmiş 14-1.1- ci maddəyə əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən qeyri-dövlət sektoru üzrə neft-qaz sahələrində fəaliyyəti olmayan sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqının müvafiq hissəsi dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılır.
Digər Xəbərlər
08 Dekabr 2025 17:04
AZQR kod-la ödənişlərə dair tələblər təsdiq edildi
08 Dekabr 2025 16:54
Bu Şuraya yeni üzvlər təyin edildi
08 Dekabr 2025 15:21
Azərbaycan neftinin Ermənistana ilk tranzitindən rüsum tutulmayacaq
08 Dekabr 2025 12:17
Azərbaycanda bu şəxslərə 8 min manatlıq müavinət veriləcək
08 Dekabr 2025 11:39
11 ayda icmal və dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib
08 Dekabr 2025 11:36
Qanun dəyişir: Səkkiz min manatlıq müavinət kimlərə veriləcək?
08 Dekabr 2025 10:57
“Bu mexanizmdə kiçik düzəlişlər etməklə işçilərin gəlir itkisi aradan qalxar...”
08 Dekabr 2025 10:17


Bakı -°C

