adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
17 May 2019 18:13
11498
ƏDƏBİYYAT

Aysel Əlizadə: “Ədəbiyyat, fəlsəfə, siyasət-sənətkarlıq bu üçlüyün birliyindən başlayır”

Bu günlərdəAzərbaycan Yaradıcılıq Fondunun təsis etdiyi "Ədəbiyyat adamı” ödülü almış şairə, nasir,publisist, tərcüməçi Aysel Əlizadə mayın 17-də Xəzər Universitetində "Yaradıcı yazı” fənninin qonağı oldu.Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlının girişsözü və tələbə Pinar Məmmədzadənin tanınmış yazar haqqında təqdimatından sonraaçıq dərsin iştirakçıları Aysel Əlizadənin "Janrlar və ədəbi cərəyanlar. Modernizm,postmodernizm, metamodernizm” mövzusunda mühazirəsini dinlədilər. "Azadlıqolmayan yerdə sənət yoxdur” deyən A.Əlizadə mövzu ətrafında müzakirələr zamanı İrland modernistyazıçısı və şairi Ceyms Avqustin AloiziusCoysun romançılıqda etdiyi dönüşdən söz açaraq,"Yaradıcı yazı”çıları yeni ədəbiyyat yaratmağa çağırdı. O, tələbələrdən FəridəHəsənli, Sadiq Mirzəyev, Suqra Əliyeva ilə dialoq quraraq, həmçinin Nəzrinİsmayılova, Səkinə Ələkbərova Nərmin Səmədovanın mülahizələrini dinlədi,verilən sualları cavablandırdı.

Tələbələrə "Qadın peyğəmbər”, "Erkəklər” (türkcə) və"The Woman” (ingiliscə) adlı kitablarını bağışlayan xanım yazar bu görüşünondan ötrü yaxşı bir əsər oxumağa bərabər olduğunu dilə gətirdi.