adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
28 Sentyabr 2015 15:10
8610
GÜNDƏM

Ayrılıqdan sonrakı təqib

Bəlkə dəaramızda çoxu bunu edir: işini-gücünü atıb, ya da ən azından hər fürsətdə keçmişsevgilisini sosial şəbəkələrdə izləyir. Məsələyə romantizm tərəfdən yanaşsaq,qınamarıq. Sezen Aksusayağı sevgilisinə "get”desə də "mə” inkar şəkilçisini içində boğub "ayrılığa hazır olmayanlar”, həttaorqanizmin harasında yerləşdiyi qeyri-müəyyən olan "sarı sim”i də yamanca titrədirlər.Amma məsələnin acı tərəfi həsrət odunda qovrulan eks-aşiqlərin romantizmində deyil, psixi durumunda imiş. Amerikalı alimlərinfikrincə, sevgililərin sosial şəbəkədə izlənməsi narkotik asılılıqla bərabərtutula bilər. Hər fürsətdə eks-sevgilisinin həyatını izləyən yaralı aşiq onunsevinci, xoşbəxt anları, yeni dostlarına heç də dözümlü yanaşmır. Bundanqıcıqlanan aşiq depressiv vəziyyətdə hiddətlənə və gözünün tutmuş ani kinaltında cinayət də törədə bilər.


Неврозы и депрессия часто сопутствуют навязчивому преследованию в интернете.


Bu psixoloji təqibinadı da var: "stalkinq”. Bu ada arzuolunmaz zənglər, hədə-qorxu dolu sms-lər,virtual tacizlər daxildir.  Xüsusən dəsosial şəbəkələrin çoxluğu qəddar aşiqin işini daha da asanlaşdırır: bir neçə şəbəkədəhərtərəfli izləmə movqeyi qura bilir.

"Ayrılıqdansonrakı təqib” adı altında aparılan araşdırmada belə insanlar 2 tipə ayrılıb: passivtəqibçi, aktiv təqibçi. Passiv təqibçilər, adından göründüyü kimi yalnız qarşı tərəfi izləməkləgününü göyə sovurur. Özündə mazaxizmin təməlini atır: unutmaq yerinə, sevgilisi ilə virtual nəfəs alır, onsuz davam edən xoşbəxt həyatının qəhrini çəkir. Ritual olaraq davam edən bu təqib,əlbəttə ki, aşiqin öz başında çatlayır. Psixoloji əziyyət, yerini cismaniağrılara verir. Orqanizmdə ağciyər, göz, ürək, əsəb xəstəlikləri "əl-ələ verib”sahibini böyrü üstə yıxır.

Aktiv təqibçilərisə özlərinə zülm eləməklə yanaşı, qarşı tərəfi də incidirlər. Çox vaxtqürurunu da nəzərə alan təqibçi öz profilindən deyil, saxta profildən şəbəkəyədaxil olur, dostluq atır, şərhlər yazır. Bir sözlə, qarşı tərəfin yaxınvirtual çevrəsinə girə bilir. Bütün bunlardan xəbərsiz "qurban” isə yeni həyatınınhər anını şəkillərə, statuslara töküb yaşamına davam edir. Yaxşı məsləhətçihesab etdiyi bu "dost”la bir gün real çay süfrəsinə oturduqda isə... köməyinə heç kəs gələbilmir. Belə cinayətlərin sayı deyilənə görə, Amarika və Rusiyada hədsizdir. Eləqərblilər demiş: "Bu dünyada ən qorxulu düşmən, tərk edilmiş, ayrılığa dözməyənaşiqdir”.  

Odur ki,ayrılığın təşəbbüskarı olanlar! Ya yeni həyatınızı məhrəm saxlayın (ən azından "gözdəyər” adı altında qorunun), ya da adam balası kimi ayrılın. Çünki hər aşiq dəİbrahim Tatlısəsin arabeski altında gecə-gündüz içib, damarlarını doğramır,canına heyfi gələnlər hirsini qarşı candan çıxır.  


Şəfiqə ŞƏFA