adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
11 Avqust 2020 10:12
53327
ŞOU-BİZNES

Ayrılıq iddiaları gerçəkləşir: Kənanın açıqlaması, qaynananın fotoları silməsi...

Xəbər verdiyimiz kimi, şəxsi həyatları ilə gündəmə gələnAynişan və Kənan cütlüyünün ayrılması xəbərləri sosial şəbəkələrdə yayılıb.

Aynişan və idmançı həyat yoldaşı Kənan bir-biriləriniinstagramda izləmədən çıxarıblar. Eyni zamanda hər ikisi toy paylaşmalarındantutmuş birlikdə olan digər bütün şəkil və videoları siliblər. Onların bu addımıdiqqət çəkib və izləyiciləri tərəfindən müzakirələrə səbəb olub. İzləyicilərin əksəriyyəticütlüyün ayrılmasını çoxsaylı rəylərlə qeyd ediblər.

Adalaet.az xəbər verir ki, bir-birini sosial şəbəkəhesabından silən cütlüklərdən ilk paylaşım Kənandan gəlib. Belə ki, o fotosunuyayaraq bu sözləri qeyd edib: "Başını ağrıtma lazımsız yerə. Səni ancaqgördükləri qədər anlayacaqlar. Gördükləri isə öz anladıqları qədərolacaq".

Qeyd edək ki, barələrindəboşanma iddiaları yayılan Aynişan-Kənan cütlüyünün analoji qərarından sonraHaşımovanın da bu addımı atması yayılan xəbərlərin həqiqətə yaxın olması barədəşübhələri artırıb.


Maraqlıdır ki, əməkdar artist də qızı kimi K.Əliyevlə olanfotoları hesabından silib. Əldə etdiyimiz məlumata görə, cütlük bir aydanartıqdır ki, ayrı yaşayır.

Onların münasibətlərinin qısqanclıq zəminində pozulduğu daiddialar sırasındadır. Sadəcə bu vaxta qədər hər iki tərəf xəbərin mediayasızmamasına çalışıb.

Bildirilir ki, gəncləri barışdırmaq üçün məsələyə AybənizHaşımovanın böyük bacısı, Xalq artisti Şahnaz Haşımova da müdaxilə etməyəçalışsa da, tərəflər sənətkarın təklifindən imtina ediblər.

Əntiqə Rəşid