Ayıbdı, cənablar! - Eldəniz Quliyev yazır
Ayıbdı, cənablar!
Bu, həqiqətən utanc gətirən işdi!..
Yenə dirijor çubuğu, yenə xor, yenə təşkil olunmuş kampaniya...
Bu dəfə hədəfdə Azərbaycan Respublikası Kinematoqrafçıları İttifaqı və onun rəhbərliyidir... KİV səhifələrində qərəzli, bir çox hallarda isə alabəzək yalan və iftira ilə bəzıdilmiş məlumatlar yayılır. Ki, İttifaqın sədri Şəfiqə Məmmədova təşkilata ayrılan maliyyə vəsaitini mənimsəyir, qohum-əqrabasına paylayır, özünə 18 yerdə mənzil alıb və sairə və ilaxır.
Guya İttifaqdan kütləvi istefa verən kino xadimlərinin sayı artıq 20 nəfərə çatıb. Aktyorlardan biri deyir ki, mənə soyuq dəyəndə burnum axırdı, asqırıb-öskürürdüm və o vaxt İttifaq mənə pul vermədi...
Digəri deyir ki, mən Özbəkistan səhralarında 59 dərəcə istidə düz 17 filmə çəkilmişəm, Şəfiqə Məmmədova məni görəndə baş əyib reverans eləmir... Başqa birisi ərz eləyir ki, İttifaq gərək təcili surətdə 16 mərtəbəli bina, 82 bağ evi tikdirsin, üstəlik 77 dənə maşın alsın və bütün bunları kamali-ədəblə padnosa qoyub öz üzvlərinə pay-puş eləsin...
Başdan ayağa saxta olan özgə biri, yəni ölkədə keçirilən bütün saxta seçkilərin iştirakçısı və körükçülıri sırasında olan birisi ərz edir ki, ARKİ sədr seçkilərində dəhşətli-bombalı saxtkarlığa yol verib...
Əlqərəz, Azərbaycan Respublikası Kinematoqrafçıları İttifaqı barədə tirjlanıb yayılan bu tipli məlumatların "qəhrəmanları", (20 nəfər deyisə də, onlardan cəmi beş nəfəri fəallıq göstərir), əsasən çəyirtkə kimi küləkdən qorxub, bir İttifaqdan digərinə atlananlardı... Düşünürəm ki, olar, birmənalı olaraq öz şəxsi mənfəətlərini və komformist maraqlarını güdürlər.
Təbii ki, Ş. Məmmədovanın rəhbərlik etdiyi İttifaqda bir çox tanınmış incəsənət xadimləri də var. Amma nədənsə (bunu təəssüf hissi ilə deyirəm), onlar bir heykəl soyuqqanlığı və müdrükcəsinə susub da bu "stəkan fırtınasının" nə ilə bitəcəyini gözləyirlər.
Şəxsən mən, xor kollektivinə və xor oxunuşuna heç də pis baxmıram, amma...
Amma xorda bu qədər xaric oxuyanları görəndə ətim tökülür.
Əlbbəttə, sənətkar (teatr səhnəsində, yaxud kinoda) müxtəlif xarakterli, müxtəlif taleyli, o cümlədən müxtəlif simalı obrazlar yaradır, buna baxmayaraq, onun özünün bir
siması, bir üzü olması və həyatda bu "üzü" qoruması vacibdir. Çünki bu, şərəf və ləyaqət məsələsidir.
P.s. Qeyd edim ki, mən tərəf tutmuram və adı çəkilən ARKİ-nın də üzvü deyiləm; sadəcə, haqqın bu sayaq nazilməsinə biganə qala bilmədim...
Digər Xəbərlər
19 Mart 2026 15:09
“Bizə intellektual verilişlər lazımdır ki, ideoloji təbliğat aparaq...”
18 Mart 2026 11:29
"Bu il daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq" - Nazir
16 Mart 2026 16:25
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57


Bakı -°C

