adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 Iyun 2020 09:16
27164
MƏMLƏKƏT

AYI VURMAQ RƏŞAD MƏCİDƏ BAHA BAŞA GƏLDİ

Dünyanın düz vaxtı şair Nazim Əhmədli Laçından Rəşad Məcidə zəng edir:

- Şair, bu yayın istisindəAğdamda nə işin var ey? Dur gəl dədə-babayurduna, gözlərin də kef eləsin, özün də.

Rəşad da durub oturur maşına ,üzü Güləbədinə – Laçına. Maşının baqajında da bir kletka «Moskovski».

Nə isə, yemək-içmək, aşıqlar,saz. Bir gün Nazim deyir ki, gəl səni aparımova. Yaraqlanıb-yasaqlanıbçıxırlar meşələrə. Gethaget… nəceyrana rast gəlirlər, nə cüyürə.Qabaqlarına bir ayı çıxır. Nazim o dəqiqəgötürülür kəndə tərəf, Rəşad da ardınca.Nazimin dalınca qaçır-qaçır,axırda nəfəsi təngiyir və ağlı başına gəlir, fikirləşir ki,əlimdə tüfəng niyə qaçıram ey.Dayanır və ayının qoltuğununaltını verir gülləyə,ayı yıxılır.

Güllə səsinə Nazim dayanır vəqayıdır geri, özü də təngnəfəs:

- Ə, qaqa, nağayırdın,ayını niyə vurdun?

- Əlimdə tüfəng, sənə baxıb niyə qaçmalıyam ki? Yaxşı elədim!

Nazim:

- Ə, mən bunu kəndə çatanda vurajeydim ey, indi şəllə,daşı kəndə qədər.