Aygün Attar sədr seçildi
Adalet.az AZƏRTAC-a istinadən xəbər verir ki, Bilkənd Universitetinin qurucusu, professor İhsan Doğramacı tərəfindən 1997-ci ildə təsis edilən Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu ötən dövrdə özünəməxsus inkişaf yolu keçib. Ümummilli lider Heydər Əliyevin professor İhsan Doğramacı ilə səmimi dostluq münasibətləri Fondun qısa müddətdə tanınmasına, inkişafına və nüfuz qazanmasına böyük təsir göstərib.
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun Bilkənd Universitetində keçirilən növbəti iclasında diplomatlar, sabiq millət vəkilləri və elm adamları iştirak ediblər.
Fondun ötən dövrdəki fəaliyyəti yüksək dəyərləndirilib və təşkilati işlərə baxılıb.
Çıxışlarında əminliklə bildirilib ki, professor Aygün Attarın sədrliyi Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun fəaliyyətinə yeni bir nəfəs gətirəcək.
Aygün Attar Fonda sədrlik edəcəyi dövrdə görəcəyi işlərdən danışıb. O qeyd edib kı, Fondun başlıca hədəfi iki qardaş ölkə arasındakı mövcud elm, sənət, iqtisadiyyat və digər sahələrdəki inkişafa töhfə vermək, həmçinin türk dünyasının qarşılıqlı əlaqələrində rol oynamaqdır.
Otuz ilə yaxındır ki, Türkiyədə yaşayan və çalışan Aygün Attar Azərbaycan diasporunun ən fəal təmsilçilərindəndir.
Digər Xəbərlər
28 Aprel 2024 21:01
Abid Şərifov oğlunun ölümündən danışdı: "Belimi qırdı" - VİDEO
28 Aprel 2024 15:42Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
28 Aprel 2024 12:14Səhiyyə Nazirliyinin rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini yad edib - FOTOLAR
28 Aprel 2024 11:04Cümhuriyyəti yıxan, işğala rəvac verən BOLŞEVİK NÖKƏRLƏRİ
28 Aprel 2024 10:01