adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Iyun 2020 10:25
25890
SİYASƏT

Aygün Attar: Bu meydan, bu da şeytan

Dünyanı cənginə alan koronavirusun yaratdığı siyasi və iqtisadi çətinliklərəgörə Azərbaycan mediasını müt’madi izləyə bilməsəm də cəsarətli bir səsinaçıqlamaları qarşıma çıxır.

Fazil Mustafadan bəhs edirəm. Azərbaycan Xalq Cəbhəsindən çıxanintelektual potensialı yüksək olan, çox oxuyan, araşdırma etməkdən çəkinməyənbir ziyalıdır Fazil bəy. Az oxuyan, küçə diliylə danışmağı mərifət bilənlərdənfərqli olaraq onun Azərbaycan parlamentində gündəmə gətirdiyi məsələlər daima məntiqli , milli mənafeyə xidmət edən təkliflərolub. Azərbaycanda ziyalı adıyla dolaşan çox ziyalı var, amma fikir bildirilməsilazım olan məsələlər qarşısında susanlardan deyil Fazil Mustafa. Onsuz dabaşına nə gəlirsə orta yolla addımlayan, suya, sabuna toxunmadan həyatına davamedən ziyalılardan fərqli olduğuna görə gəlir.

Yazdıqları, dedikləri pafos deyil, xidmət məqsədli olduğu üçün həqiqətieşitməyi xoşlamayan cəmiyyətlərdə Fazil Mustafanın işi çətindir. Yaxıntariximizə baxsaq min öncə də, yüz il sonra da doğrunu deyəni doqquz kənddənqovurlar. Yaxın keçmişdən dərs çıxaran vəAzərbaycan dövlət mənafeyi naminə fikirərini açıqlamaqdan çəkinməyən birziyalıdır Fazil Mustafa. Istəsə, başqaları kimi "mənə nə?”-deyə həyatı sürüdürə bilər. Başqalarıkimi susqun qala bilərdi. Amma etmədi. Vicdanının səsini dinləyərək dünənkiyanlışları da, doğruları da, bu günkü haqsızlıqları da, düzgünlükləri də dedi,yazdı və hələ də deyir, yazır. Vəfat edilənlərə söyüş bizim adətlərimizdəolmasa da, sabahdan axşama kimi xaricdən və daxildən maliyyələşən şəbəkələr tərəfindənsöyülməsinə baxmayaraq o danışır, yazır. Düşmənçiliyin əsiri olmuşqaragürühçuların psixologiyasını pozur Faizl Mustafanın bütün bunlarasusmaması. Onlar işğalçı Ermənistana deyil, Azərbaycan leyhinə çalışan təşkilatlaradeyil, şəxsi məqsədləri üçün Fazil Mustafanın müdafiə etdiyi Azərbaycan dövlətçiliyinədüşməndilər.

Söylədiyi fikirləri kopyalaraq təhrif edib sosial şəbəkələrdə özlərinəuyğun şəkildə paylaşan toplum provokasiya yaradır. Ən qorxduqları şey cəmiyyətinhəqiqətləri bilməsidir.

Azərbaycanda ziyalı adıyla yaşayanların çoxu şəxsi rahatlıqları naminə ,qaragüruhçu kütlənin hədəfinə gəməməkçün susur. Fazil Mustafasa susmur və yaxşıki, susmur. Onun çıxışları ört-basdıredilməyə çalışılan çox mətləblərin üstünü açır.Bundan narahat olanlar da təbii ki, etiraz edəcəklər. Tez-tez meydandan danışan, meydana insançağıranlara çıxışları ilə "bu meydan, bu da şeytan” deyir Fazil Mustafa. "Özünəgüvənən meydana çıxsın”.

Bu cəsarəti göstərən Fazilə bəyə halal olsun. Yalnız deyilsiniz! Azərbaycanınmilli mənfəətləri üçün xaricdən bəslənən içəridə provokasiya yaratmağı hədəfləyənkütləyə qarşı verdiyiniz bütün mücadilələrdə yanınızdayam!