adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 Aprel 2018 13:04
26190
ƏDƏBİYYAT

Aydınlanma hekayələri

Adalet.az Zen-Buddizmhaqda kiçik hekayələri təqdim edir.

Buddadan soruşurlar ki, "səndən xoşum gəlirlə, "səni sevirəm arasındakı fərq nədir?

Budda beləcavab verir:

- Birçiçəkdən xoşun gələrsə onu qopararsan, amma bir çiçəyi sevsən, onu hər vaxt sulayarsan,qulluq edərsən. Bunu anlayan insan həyatı anlayar.

***

Bir dəfə şagirdlərindən biri soruşur:
- Əgər biri bizi vurarsa nə edək?
Budda cavab verir:
- Əgər sənin başına ağacın qurumuş budağı düşsə nə edərsən?
- Heç nə. Bu adi təsadüfdü.
- O zaman biri səni vuracaqsa, eyni cür qəbul elə. Kimsə əsəbiləşibsəni vuracaqsa, buna görə narahat olmağa dəyməz. Sən sadəcə öz yolunla get. Elə bil ki, heç bir şey olmayıb.

***

Zen ustadı Ryokan dağın təpəsində köhnə bir komadayaşayırmış. Bir axşam o evdəolmayan vaxt evinə oğru girir, ancaq oğru bu yoxsul evdə oğurlanacaq bir şeytapmır. Bu vaxt Ryokan evinə daxil olur və oğrunu tutur: "Uzaq yoldan gəlmisən”təbəssümlə oğruya deyir, "evimdən əli boş getməyinə razı olmaram, heç olmasaüstümdəki paltarı hədiyyə olaraq qəbul et”. Bu hadisəyə məəttəl qalan oğrusevinclə Ryokanın paltarlarını alıb gedir. Yarıçılpaq vəziyyətdə olan ustad yerəoturur,sakitcə göy üzünə, göydəki aya tamaşa edir və öz-özünə deyir: "Yazıqoğru… Kaş göydəki bu gözəl ayı da ona verə biləydim…”

***

Bir dəfə Zenşagirdi ustadına baş çəkməyə gəlir. Ustad yaşlı və çəlimsiz bir qoca idi.Şagird əmin idi ki, ustadı uzunömürlü deyil və ən qısa zamanda bu dünya iləvidalaşacaq. O, ustadının qarşısında saatlarla səssizcə əyləşir. Sükutu dinləyir.Alov dillərinin yaladığı taxta parçalarının çıxardığı qığılcımlara baxır. Sonraustad qəribə bir rahatçılıq bəxş edən inamla əlini cübbəsinin cibinə salır vəiçindən dəriüzlü, yıpranmış kitab çıxardır.

-Bunu sənəverirəm,- deyir. - İçərisində uzun illərdir icra etdiyim rituallar və həyatınmənə bəxş etdiyi bilgəlik var. Onun qiymətini bil və qoru!

Şagird böyükbir sayqı ilə əyilir və kitabı götürür. Sonra kitabın heç bircə səhifəsini dəvərəqləmədən alov dillərinin üzərinə atır. Kitab yanır.


***

Bir gün şagirdi ustasındansoruşur:

- Bir insanın heç bir yükdaşımaması nə anlama gələr?

- Usta: Yükdən qurtul, atgetsin.

Fəqət bu cavabla qane olmayanşagird yenə eyni sualı soruşur:

- Axı mən heç bir şey deyiləm.Yoxluq varlığı necə ata bilər ki?

Usta: O zaman, daşımağa davamelə.


***

Bir Zen ustadı bir gün səhradaqumlar üzərində oturmuş meditasiya edirmiş. Bir adam ona yaxınlaşır və deyir:

- Məni şagirdin olaraq qəbulet.

Usta, barmağı ilə qumlarüzərində düz bir xətt çəkir və belə deyir:

- Qısalt!

Adam ovucları ilə xəttininyarısını silir.

Usta deyir ki:

- Get, bir il sonra yenə gəl.

Bir il keçir. Adam ustayayaxınlaşır, usta, yenə bir xətt çəkir və deyir ki:

- Qısalt!

Adam, bu dəfə xəttininyarısını ovucu və dirsəyi ilə bağlayır.

Usta yenə qəbul etmir və deyirki:

- Get, gələn il yenə gəl.

1 il daha keçər. Usta yenə dəqumların üzərinə bir xətt çəkir və adamdan onu qısaltmasını istəyir.

Bu dəfə adam deyir ki:

- Bilmirəm.

Və ustadan cavabı onasöyləməsini xahiş edir.

Usta, xəttin yanına daha uzunbir xətt çəkər və deyər ki:

- İndi qısaldı.