18 Avqust 2025 11:13
134
ƏDƏBİYYAT

Ayaz Arabaçıdan Bir MƏNSUR ŞEİR

ürəyimdən nə keçdi

yazıb tökdüm kağıza

bu isti yay axşamı

çatmasa da o qıza

özüm-öz ürəyimə

ölüm cəzası kəsib

yazdım bir para şeylər

hər sözün üstə əsib belə

 

vurulmamışdım uzun illərdən bəri

bəlkə səadətiydi bəlkə də əcəl təri

göydən yerə enirdim yerdən göyə çıxırdım

gərilmişdim yay kimi özümü çox sıxırdım

gəlməsə də hər axşam yolunu

gözləyirdim boynuma sarılacaq qolunu

gözləyirdim bəhanəm qalmamışdı

özümü aldatmağa

bir yuxu istəyirdim laylasında yatmağa

ehtiyac yaranmışdı başqa bir dilə bizdə

çünki dil tapammırdıq heç cür öz dilimizdə

bir az ispanca yazdım bir az latınca yazdım

qələmin mürəkkəbi sona çatınca yazdım
boğuq səslə hardasa oxuyurdu torağay

ulduzları muncuq tək boynuna taxmışdı ay

səma göz qırpımında min ahəngə düşürdü

rəngdən-rəngə düşürdü..