İran indi də BƏƏ kəllə atır...

İran ətrafına , daha dəqiq qonşularına hücum etməkdə, qara yaxmaqda, işinə qarışmaqda davam edir.
Azərbaycan- Ermənistan arasında davam edən Zəngəzur məsələsinə də, Azərbaycana da münasibəti oxucularımıza aydındı.
İsraillə də münasibətinin gərgin olduğu bəllidir . Yəni son günlərdə Tehran şəhərinin meydanlarında reklam lövhələrində İsraili təhdid bannerləri quraşdırılıb. Sınaqdan keçirdiyi “Fəttah” hipersəs raketlərinin təsviri olan reklam lövhələrində onların üzərində fars, ərəb və ivrit dillərində “Təl-Əvivə 400 saniyə” sözləri yazılıb.
Türkiyə ilə də münasibətlər bir o qədər ürəkaçan deyil.
Bundan başqa Talibanın İrana qarşı müharibə elan etməsi də bütün dünyanın diqqət mərkəzindədir. Əfqanıstan hakimiyyəti (Taliban) “Ömər” xüsusi təyinatlılarını Pəncşirdən Heratın İranla sərhəd olan hissəsinə daşıyır.
İranın azğınlığı bununla bitmir.
İyunun 4-ü günortadan sonra İran İnqilab Keşikçiləri Korpusunun sürətli qayıqları Hörmüz boğazında hərəkət edən ticarət gəmisini ələ keçirməyə çalışıblar.
İran indi də Birləşmiş Ərəb Əmirliklərini narahat etməyə başlayıb.
Adalet.az xəbər verir ki, iyunun 2-də İran Hərbi Dəniz Qüvvələrinin rəhbəri kontr-admiral Şəhram Hind okeanının şimalı, Oman dənizi və körfəzdə ticarət gəmilərinin təhlükəsizliyini təmin etmək üçün Fars körfəzi ölkələri ilə koalisiya yaratmaq niyyətində olduğunu bildirib. İranın Qəyyumlar Şurasındakı nümayəndəsi Möhsün Nəziri onun sözlərinə cavab olaraq deyib ki, BƏƏ-nin atom elektrik stansiyasının təhlükəsizliyinin zəif olmasından narahatdır: “BƏƏ –nin qonşu ölkələrə müdaxiləsi real təhlükə və təhdidlərin nümunəsidir”- İran nümayəndəsi ittihamında qeyd edib.
Qeyd edək ki, ötən il İran ilə BƏƏ arasında 3 ada ilə bağlı gərginlik yaşanmışdı. Gərginliyə Əbu Musa, Böyük Tonb və Kiçik Tonb adaları səbəb olmuşdu
P.S. Bu günlərdə İsrail Prezidenti İsak Hersoqun Azərbaycana səfəri və iki ölkə arasında əməkdaşlıq müqavilələrinin imzalanması İran mediası tərəfindən geniş müzakirə edilidi. Tehran dövlət mediası İsrailin Azərbaycanla yaxınlaşmasını İranın mənafeinə zidd olan Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımlardan biri kimi dəyərləndirir.
Hətta İran xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani özünün Tvitter hesabında İsrail Prezidenti İshaq Hersoqun Azərbaycana səfərinə münasibət bildirərək yazdı ki, sionist rejimin regional fəallıqlarından heç biri İranın iti nəzərlərindən yayınmır. Bu səfərlər və bölgədəki fəaliyyətlə saxta rejimin sarsılmış daxili bünövrəsini düzəltməyə kömək etməyəcək.
Başqa dövlətlərin xüsusən, Azərbaycanın daxili işlərinə burun soxmaqdan yorulmayan İran öz gözündə tiri görməzdən gəlir.
Əntiqə Rəşid
Digər Xəbərlər

Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Xüsusi icra məmurlarının fəaliyyətinin təşkili qaydaları müəyyənləşir

Əli Əsədov Ersin Tatar ilə əməkdaşlıq məsələlərini müzakirə edib

İlham Əliyev Özbəkistana təşəkkür etdi

Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirildi - YENİLƏNİB

İlham Əliyev: Azərbaycan və Özbəkistan qonşu ölkələrlə nəqliyyat siyasətinin koordinasiyası üzrə razılığa gəlib

Azərbaycan Prezidenti Özbəkistana investisiyaları prioritet adlandırıb
