adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
19 Aprel 2019 16:12
12812
SİYASƏT

AXH parçalanma təhlükəsi ilə üz-üzə... - SORĞU

Xəbər verdiyimiz kimi, Azərbaycan Xalq Hərəkatı parçalanma təhlükəsiilə üz-üzə qalıb. Qurumun 21 idarə heyəti üzvü iki hissəyə ayrılıb. Təşkilat son dövrlər kövrək notlar üzərindədir vəqurumun idarə heyətinin üzvləri arasında fikir ayrılıqları, münasibətlərdənarazılıq müşahidə olunur. Xüsusən də İsgəndər Həmidovun Tural Abbaslı iləqarşıdurması AXH-də vəziyyəti ağırlaşdırıb. Belə görünür ki, daha bir müxalifət birliyi dağılmaqüzrədir, ömrü o qədər çox olmayacaq, bəlkə də son baharını yaşayır.

Adalet.az AXH-nin dağılması vəziyyətinə deputatların,partiya sədirlərinin münasibəti öyrənib. Cavabları təqdim edirik.



Deputat Araz Əlizadə: "Xalq cəbhəsi hakimiyyətə gəldi. Bir müddət fəaliyyətlərindənsonra yoxa çıxdılar. Azərbaycanda Xalq hərəkatı yoxdur. Xalq hərəkatı adındanözünü lider sayanlar gündəmdə qalmaq üçün xaricdən pul alırlar, vəssalam.Bunların hamısı boş şeylərdir”.







Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev: "Bu mövzuda elə bir məlumatım yoxdur. Azadlıq Partiyasının sədriƏhməd Oruc bir söz deyir, digərləri başqa bir söz.Partiyada olan adamların səviyyəsini də bilirəm. Əhməd Oruc həmişə ölkədədağıdıcı proseslə məşğul olub. Müəyyən həqiqətlər var. Mən də ordan-burdaneşidirəm. Düşünürəm ki, Azərbaycan Xalq Hərəkatında o ada layiq olmayan adamlarçoxdur. Əhməd Oruc beş inəyini saxlaya bilmir, bu xalqa necə rəhbərlik edəcək?Bu ciddi məsələlərdir. Mənə həmişə dövlət maraqlı olub, dövlətində yanında olanadamam. İmkan vermərəm ki, cənab prezidentimizə kimsə zərbə vursun”.




İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı: "AXH hərəkatı çox böyük problemləri həll etməyiqarşısına məqsəd qoyub. Hərəkat yaradılanda atılan addımlar uğurlu idi. Ammasonradan bəziləri bunun davamını istəmədi. İsgəndər bəyin ətrafında olanlaryerlipərəstliklərini ortaya qoyublar. Bu şəkildə davam etmək mümkün deyildi.Mən buradakı insanların əhatəsində olmaqdan qürur duyuram. Vaxt gələcək, oinsanlar etdiklərinə görə peşman olacaqlar”.