adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Mart 2019 12:49
7719
MƏMLƏKƏT

Avtovağzallarda gücləndirilmiş iş rejiminin vaxtı uzadıldı

Respublikanın 62 avtovağzal və avtostansiya kompleksində gücləndirilmiş iş rejimi uzadılaraq martın 30-na qədər davam edəcək.

Adalet.az -ın məlumatına görə, bu barədə məlumatı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti yayıb. Qeyd olunub ki, bu qərar Novruz bayramını regionlarımızda ayın sonuna qədər qeyd etmək istəyən sərnişinlərin rahatlığını təmin etmək üçün nəzərdə tutulub və regionlardan paytaxta ediləcək səfərlərə şamil olunacaq

"Xüsusi ricamız da var. Biletlərinizi öncədən kassalardan əldə etməyi unutmayın. Bayramda yollarda gözlənilən sıxlığı nəzərə alaraq qeyri-qanuni daşımalarla səfərlərinizi riskə atmayın".