Avtomobillərdən kütləvi oğurluqlar edənlər saxlanıldı - VİDEO
Paytaxtın Nizami və digər rayonlarında silsilə oğurluq hadisələri qeydə alınıb. Zərərçəkənlər polisə müraciət edərək onlara məxsus avtomobillərdən pul və digər qiymətli əşyaların naməlum şəxslər tərəfindən talandığını bildiriblər.
DİN-dən Adalet.az-a bildirilib ki, Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməllərini törətmiş əvvəllər dəfələrlə məhkum olunmuşlar 30 yaşlı Alik Bəyalıyev, 27 yaşlı Fikrət İsgəndərov, 25 yaşlı Murad Heydərov və həmyaşıdı Fərid Xəmmədli müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, onlar Bakı şəhərində müxtəlif vaxtlarda 20-dən çox nəqliyyat vasitəsinin yan şüşəsini sındıraraq salonlarından oğurluqlar ediblər. Dəstə üzvlərinin qanunsuz əməllərinin bir qismi təhlükəsizlik kameraları vasitəsi ilə də anbaan görüntülənib.
Qeyd olunan faktlarla bağlı cinayət işi başlanılıb. A.Bəyalıyev, F.İsgəndərov, M.Heydərov və F.Xəmmədlinin digər analoji hadisələrdə iştirakının olub-olmaması istiqamətində araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
23 Sentyabr 2026 13:25
Bərdədə “Kalaşnikov” avtomatı və 29 patron aşkarlandı
22 Sentyabr 2026 16:05
Evdən pul dolu seyfi oğurlayan şəxslər qandallandılar
22 Sentyabr 2026 11:45
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
22 Sentyabr 2026 09:36


Bakı -°C

