adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Iyul 2019 13:31
14305
MƏMLƏKƏT

AVTOBUSUN SÜRÜCÜSÜ ATƏT-i ÇAĞIRMALIYDI?

«Space» telekanalında maraqlı bir xəbər izlədim. Gərək ki, 160 nömrəli avtobusun oğlan sərnişini qadın sərnişini dayanacaqda çırpır. İnsanlar da çox laqeydcəsinə izləyirlər.Hətta bir nəfər də bunu videoya çəkir. Heç kəs xanımı bu «pəhləvanın» əlindən almaq istəmir. Bu vaxt avtobusunsürücüsü düşür, qadını döyən oğlanıvurur və xanımı onun əlindənxilas edir.

Ammateleviziya əməkdaşının məsələyə yanaşmasıçox qəribəydi. Az qala bütün günahısürücünün üstünə atdı ki, niyə osərnişinə əl qaldırıb? Bakı Nəqliyyat Agentliyinədə müraciət etdi ki, ölçü götürsünlər.

Birelə adamın içindən bir kişi çıxıb qadınıdöyülməkdən xilas edib və onu döyənlə də əlbəyaxa olub. Əslində ona təşəkkürdüşür, sürücü neyləməliydi, ATƏT-i çağırmalıydı?Yoxsa, ona əxlaq dərsi deməliydi?