adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
15 Noyabr 2017 15:19
16312
MƏMLƏKƏT

AVTOBUSLARDA İNFEKSİYA MƏNBƏYİ…

Sirr deyil ki, bugün əhalinin böyük bir hissəsi ictimai nəqliyyatdan – metro və avtobuslardan istifadəeləyirlər. Aydındır ki, bu nəqliyyat növləri insanların həyatına çoxdan daxil olub.Hətta bəzi şəxsi avtomobilləri olan adamlargünün «çaspik» vaxtlarında rahat mənzil başına çatmaq üçün öz maşınlarından deyil,metrodan daha çox istifadə etməyə üstünlükverirlər. Hamı da yaxşı bilir ki, metro ilə həm vaxta qənaət etmək mümkündür, həmdə mənzil başına təhlükəsiz çatmaq olar.

Bu mənada Bakı şəhərindəfəaliyyət göstərən avtobuslara da bayaq dediyimiz kimi, sərnişinlər böyük önəm verirlər.İndi gəlin görək şəhərin müxtəlif istiqamətlərinə hərəkət edən avtobusların hamısındasanitar qaydalara və təmizliyə riayət edilirmi? Təbii ki, bu suala birmənalı cavabvermək mümkün deyil. Hətta rəyini soruşduğumuz sərnişinlər də avtobus xidməti iləbağlı çox fərqli cavablar səsləndirirlər.

Gəlin onunla razılaşaqki, bu gün Bakıda əhaliyə nümunəvi xidmət edən neçə-neçə marşrutlar fəaliyyət göstərir.Xüsusən də «Bakbus»un avtobusları dünya standartlarına tam cavab verir və bu avtobuslarlamənzilbaşına sərnişinlər daha rahat, təhlükəsiz çata bilirlər. Üstəlik də bu avtobuslardasanitar qaydalara və təmizliyə yüksək səviyyədə əməl olunur. O avtobusların sürücülərinin mədəniyyətinə və peşəkarlığına dasöz ola bilməz. Artıq əhali bu avtobuslarda yaradılmış nizam-intizama yavaş-yavaşöyrəşir.

Yəni dayanacaqdankənarda sürücülər avtobusları saxlamır və sərnişinlər də heç bunu indi tələb eləmirlər.Düzdür, əvvəllər bu marşrutlar fəaliyyətə başlayanda bir çox sərnişinlər elə bilirdilərki, digər avtobusların sürücüləri kimi bu avtobusları da idarə edənlər onu hardagəldi saxlayacaqlar. Amma bir müddətdən sonra gördülər ki, bu avtobuslarda tam,dəqiq rejim var və bu rejimə uyğun da sürücülər nəqliyyat vasitəsini idarə edirlər.Yəni avtobusları ancaq sürücülər dayanacaqda saxlayırlar.

Biz Bakıda bəzi avtobusmarşrutlarında mövcud olan sanitar-gigiyenikqaydaların və təmizliyin tez-tez pozulmasınadiqqət yönəltmək istəyirik. Çünki bu marşrutlardan istifadə edən sərnişinlər çoxyaxşı bilirlər ki, bəzi avtobuslar necə çirkli olur və bir çox halda avtobuslarınsalonuna toz-torpaq əlindən girmək mümkün olmur. Çox təəssüf ki, belə avtobuslaradiyyəti qurumların gözü qarşısında hərəkət edir və onlar da bu nöqsanlara bir çoxhalda göz yumurlar.

Məsələn, Bakıda bizimmüşahidə etdiyimiz 36, 39, 49, 50, 64 və digər marşrutlarda çox təəssüf ki, avtobuslarbir o qədər də səliqə-səhmanlı olmurlar. Mövcud qaydalara əsasən hər bir avtobusxəttə çıxmamışdan öncə texniki baxışdan keçirilməlidir, təmizlənməlidir, dizenfeksiyaolunmalıdır,səliqə-səhman yaranmalıdır və bundan sonra həmin avtobus sərnişin daşımalıdır.Bununla yanaşı, avtobusu idarə edən sürücülər hər gün səhər-səhər həkim müayinəsindənkeçməlidir və onların özləri səliqə-səhmanlı olmalı, sərnişinlərlə mədəni rəftaretməlidilər.

Çox təəssüf ki, bunuyuxarıda göstərdiyimiz avtobuslarda həmişə görmək mümkün deyil. Məsələn, metronun «Neftçilər» stansiyasından Suraxanı rayonYeni Günəşli yaşayış sahəsində işləyən50 və 64 nömrəli marşrutlarda bir qayda olaraq kobud qanun pozuntularınayol verilir. Birincisi, 50 nömrəli marşrutda işləyən bir-iki avtobusdan başqa əksəriyyətitexniki cəhətdən köhnədir və müasir tələblərəcavab vermir. Bununla yanaşı, həmin avtobuslarda sərnişinlər yayda istidən əziyyətçəkirlər, qışda da soyuqdan üşüyürlər. Çünki həmin maşınların kondisioner və eləcə də istilik sistemləri yoxdur.

Buna görə də sərnişinlərbu avtobuslara minəndə çox böyük narazılıq eləyir və hətta şirkətinin ünvanına deyirlər ki, nə vaxta qədər bu şirkət bizim əsəblərimziləoynayacaq? Hansı ki, digər marşrutlarda köhnə avtobuslar yenisiylə çoxdan əvəzlənib.Amma bu ortatutumlu avtobuslar sərnişinlərin daşınması üçün çox əlverişsizdir. Üstəlikdə, texniki cəhətdən nasaz olduğu üçün onlar bəzi hallarda yolun ortasında sıradançıxır və dayanır. Məhz sərnişinlər də bu vaxt nasaz avtobusdan düşüb başqa avtobusgözləməyə məcbur olurlar. Yayda bunu başa düşmək olar. Amma payızın və qışın soyuğunda sərnişinlərin hansıçətinliklər yaşadığını bir onların özləri bilir, bir də Allah.

Bu avtobuslarda sanitarqaydalara, təmizliyə də əməl olunmur. Sanki çox vaxt avtobusların salonu və oturacaqlarıyuyulub təmizlənmir. Çünki əlini oturacaqlara vuranda orda tozun-toprağın hopduğunuhiss edirsən. Hətta tutacaqlar çox vaxt çirkli oulr. Payız və qış mövsümündə isəmüxtəlif infeksion xəstəliklər baş alıb gedir. Bu avtobuslarda təmizlik işləri mütəmadiolaraq aparılmadığı üçün sərnişinlərdən kiminsə hər hansı infeksiyaya yoluxmayacağına heç kim zəmanət verə bilməz. Onsuz da ictimainəqliyyatda çox vaxt basabas olur. Mütəxəssislər bildirirlər ki, orda bir adamıninfeksiyaya yoluxması bəs eləyir ki, o, öskürəndə və asqıranda salondakı əksər adamlarbu infeksiyaya yoluxsun.

Bir daha həkimlərvə mütəxəssislər bildirir ki, ictimai nəqliyyatdan istifadə edəndən sonra sərnişinlərəllərini sabunla möhkəm-möhkəm yumalıdılar. Çünki çirkli əllə bir çoxları yeməkyemək yeyir, yaxud ağzını silir. Bu isə o deməkdir ki, həmin adam hər an müxtəlifxəstəliyə yoluxa bilər.

Bizim sözümüzün canıondan ibarətdir ki, bir çox avtobus şirkətləri və o cümlədən 50 nömrəli marşrutunsahibi sərəncamlarında olan nəqliyyat vasitələrində gigiyenik və sanitar qaydalaraəməl etməyə borcludurlar. Onlar zəhmət çəkib əhalidən yaxşı pul qazandıqları kimi,həmin avtobusları səhər saatlarında qarajdan çıxmamışdın öncə tam təmizlətməli,dizenfeksiya etdirməli və təhlükəsiz vəziyyətə gətirməlidilər.

50 nömrəli marşurutunsürücülərindən biri deyir ki, mən axşamlar avtobusu qarajda yox, evimin yaxınlığındasaxlayıram. Təbii ki, evin yanında saxlanılanavtobus yuyulub təmizlənməyəcək və dizenfeksiya da edilməyəcək. Hələ biz sürücününsağlamlığının nə yerdə olduğunu demirik. Çünki 16 saat sükan arxasında əyləşib Bakınıntıxaclı yollarında sərnişin daşımaq o qədər də asan deyil.

Bakı Nəqliyyat Agentliyindənbildirilir ki, sərnişinlər bizə avtobusların təmizliyi ilə bağlı müraciət edəndəbiz də araşdırmalar aparırıq. Əgər deyilənlər düzdüsə, həmin marşrutların sahiblərinəxəbərdarlıq olunur və mövcud nöqsanların aradan qaldırılması tələb edilir.

Göründüyü kimi, daşıyıcışirkətlər sərnişinlərin avtobuslarda səliqə-səhman, təmizlik görməsi üçün bütünişləri məsuliyyətlə yerinə yetirməlidilər. Yəni sərnişin avtobusun salonuna daxilolanda orda səliqə-səhman görməli, özünü tozun, palçığın içində hiss etməməlidir.Ən azından ona görə ki, hər bir sərnişin avtobusa minib mənzilbaşına gedərkən gedişhaqqı ödəyir. Gediş haqqını alan hər hansı daşıyıcısa zəhmət çəkib sərnişinlərəyüksək səviyyədə xidmət etməlidir. Yəni avtobuslar səliqə-səhmanlı olmalı, insanlarsamənzilbaşına təhlükəsiz çatdırılmalıdır.


Faiq QİSMƏTOĞLU