Avtobuslar bir-biri ilə niyə ötüşür?!
Çox qəribədir ki, bəzi avtobuslar dayanacaqlara tez çatmaq, sərnişinləri götürmək üçün bir-biri ilə tez-tez ötüşürlər. Belə hadisələrdən biri avqustun 10-da saat 14:00 radələrində Babək prospektində 50 nömrəli avtobusla 64 nömrəli marşrutda işləyən nəqliyyat vasitəsində baş verdi. Belə ki, Babək prospektindəki körpünün üstündə 64 nömrəli avtobus 50 nömrəli avtobusu ötmək istədi.
Bu vaxtı 50 nömrəli avtobusun sürücüsü sürəti artırdı və avtobusun salonunda olan sərnişinlərə həyəcanlı anlar yaşatdı. Bir neçə saniyə hər iki avtobus körpünün üstündə bərabər istiqamətdə hərəkət edərək qorxulu anlar yaratdı. Sərnişinlərin etirazından sonra 50 nömrəli avtobusun sürücüsü sürəti azaltdı və 64 nömrəli nəqliyyat vasitəsini idarə edən sürücü isə onu ötüb keçdi.
Təbii ki, bax, belə anlarda bir çox hallarda ağır qəzalar baş verir. Ona görə də hər iki marşrutun sahibi sürücülərə tələbkarlığı artırmalı, sürət həddini aşan və sərnişinlərə qorxulu anlar yaşadan sürücüləri işdən çıxarmalıdılar.
Emil FAİQOĞLU
Digər Xəbərlər
05 Aprel 2026 10:12
Çəpiş ətinə tələbat niyə artıb?
03 Aprel 2026 16:11
Sabahdan yağış başlayır - XƏBƏRDARLIQ
03 Aprel 2026 13:10
Şənbə günü intensiv yağış yağacaq, şimşək çaxacaq
03 Aprel 2026 12:23
Azərbaycana turist axını azalıb
03 Aprel 2026 11:23
Əhmədbəyli–Füzuli–Şuşa yolu ödənişli olacaq
02 Aprel 2026 23:03
Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu - VİDEO
02 Aprel 2026 16:43
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
02 Aprel 2026 16:35


Bakı -°C

