Avtobusda cibgirlik edən şəxslər saxlanılıblar
İctimai nəqliyyatda cibgirliklə məşğul olan şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, paytaxtın Binəqədi rayonu ərazisində marşrut avtobuslarında iki nəfərin içərisində pul, bank kartları və sənəd olan pulqabılarının qeyri-aşkar şəraitdə oğurlanması, sonradan onlardan birinin bank kartı ilə 290 manat dəyərində alış-veriş olunması barədə polisə məlumatlar daxil olub.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Rüfət Əliyev və Rəşid Ağayev müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
21 Mart 2026 09:53
Bakıda müəllim bayram günü əri tərəfindən qətlə yetirildi
20 Mart 2026 13:01
Dələduzluq edən15 nəfər saxlanıldı
20 Mart 2026 12:55
Polis 51,2 kiloqrama yaxın narkotik vasitə aşkarladı
19 Mart 2026 11:16
Qanunsuz saxlanılan silahlar aşkarlandı
18 Mart 2026 19:16
Axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olundu
18 Mart 2026 16:20
16 yaşlı arvadını boğaraq Kürə atan şəxsin cəzası ağırlaşdırıldı
18 Mart 2026 15:52
Türkiyədən qanunsuz yolla dərman preparatlarının gətirilməsinin qarşısı alınıb
18 Mart 2026 12:43


Bakı -°C

