Avtobus idarə edəcək qadın sürücülərin sayı artırılır
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) avtobus idarə edəcək daha 6 qadın sürücüyə təlimlər keçir.
Adalet.az AYNA-ya istinadən xəbər verir ki, Agentlik qadın sürücülərin peşəkar bacarıqlarını artırmaq, onların ictimai nəqliyyat sektorunda aktiv iştirakını və məşğulluğunu təmin etmək məqsədilə paytaxtda avtobus idarəetmə təlimlərini davam etdirir. Proqram çərçivəsində namizədlər avtobus sürücüsü kimi peşəkar fəaliyyətə başlamaq üçün nəzəri və praktiki cəhətdən hazırlıq keçirlər.
Layihənin birinci mərhələsində 3 xanım təlim və imtahanları uğurla tamamlayaraq artıq avtobus sürücüsü kimi fəaliyyət göstərir. Hazırda davam edən ikinci mərhələdə isə 6 xanım namizəd təlim prosesində iştirak edir.
Təlim proqramı avtobusları idarəetmə bacarıqları ilə yanaşı, davranış psixologiyası, sərnişindaşıma qaydaları və hərəkət təhlükəsizliyi üzrə mövzuları əhatə edir.
Qadın avtobus sürücüsü vakansiyası üzrə qəbul prosesi davam edir.
Digər Xəbərlər
03 Fevral 2026 09:00
Bu istiqamətlərdə tıxac var - Sürücülərin nəzərinə!
31 Yanvar 2026 12:34
Sabahdan bu avtobuslar yenilənir - Gedişhaqqı 50 qəpik
29 Yanvar 2026 13:39
İkinci əl ehtiyat hissələri niyə bahalaşıb? - VİDEO
29 Yanvar 2026 09:10
5 istiqamətdə tıxac var
28 Yanvar 2026 11:20
Xırdalanda nəqliyyat sıxlığının azaldılması üçün yeni tunel inşa ediləcək
28 Yanvar 2026 09:00
Bu yollarda sıxlıq müşahidə olunur
26 Yanvar 2026 09:00
Bakının bu yollarında tıxac var
23 Yanvar 2026 10:01


Bakı -°C

