adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
18 May 2022 10:44
275
DÜNYA

Avstraliya Rusiya və Belarusa qarşı sanksiyaları açıqladı

Avstraliya hakimiyyəti səkkiz rusiyalı jurnalistə, həmçinin bir sıra dövlət rəsmiləri və təşkilatlara qarşı sanksiyalar tətbiq edib.

Bu barədə Avstraliya Daxili İşlər Nazirliyinin bəyanatında bildirilib.

Sanksiyalar siyahısına “Rossiya Seqodnya” informasiya agentliyinin baş direktoru Dmitri Kiselyovun, RT-nin baş direktoru Aleksey Nikolovun, Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin jurnalisti və aparıcısı Sergey Brilevin, “Qazprom-Media” Holdinqinin baş direktoru Aleksandr Jarovun, teleaparıcı Mixail Leontyevin, hərbi müxbirlər Yevgeni Poddubnı və Dmitri Steşinin, həmçinin Qələbə Muzeyinin direktoru Aleksandr Şkolnikin, Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsini icra edən Aleksandr Çupriyanın, Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini Sergey Korolyovun və Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini Nikolay Boqdanovskinin adları daxil edilib.

Bundan əlavə Rusiyanın “Vaqner” özəl hərbi şirkəti və Belarusun iki müəssisəsi – “Minotor-Servis” və “KB Radar”a qarşı da məhdudiyyətlər tətbiq edilib.