adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Oktyabr 2014 15:31
4598
SAĞLAMLIQ

Avstraliya həkimləri yeni metodika ilə ürək “dirildiblər”

Avstraliyahəkimləri yeni metodika ilə yarım saata qədərdöyünməyən ürəyi "diriltməyi bacarıblar. Adalet.az xarici mətbuata istinadən məlumatverir ki, Sidneyin Müqəddəs Vinsent xəstəxanasınınkardio-cərrahları üç xəstəyə ölmüş insanların ürəyini bu yolla köçürüblər.
Belə ki, indiyədək bu kimi əməliyyatlarda transplantoloqlar yalnız beyinölümü keçirən donorlardan aldıqları canlı ürəkdən istifadə edirdilər vəorqanizm xaricində onun fəaliyyətini saxlaya bilirdilər.

Avstraliya həkimlərinin tətbiq etdiyimetodika donor ürək əldə olunmasının ən azı 20 faiz artımını təmin edəcək.Bunun da mahiyyət etibarilə kardio-cərrahiyyədə dönüş nöqtəsi olacağıbildirilir.
Əməliyyat olunmuş hər üç xəstə özünü hazırda yaxşıhiss edir. Onlardan biri – 57 yaşlı Sidney sakini artıq xəstəxanadan buraxılıb.Digərlərinin səhhəti isə yaxşılaşmağa doğru gedir.