27 May 2025 10:54
262
DÜNYA

Avropanın Ukraynaya ordu göndərməsi baş tutmaya bilər...

The Financial Times  mətbu orqanı yazır ki, ABŞ prezidenti Donald Tramp administrasiyasının dəstək göstərməkdən imtina etməsi səbəbindən, Avropanın Ukraynaya ordu göndərməsi planı baş tutmaya bilər.

 Bir çox avropa dövlətləri hesab edirlər ki, Trampın dəstəyi olmadan Ukraynaya ordu göndərmək planı əhəmiyyətini itirir.

 Fransalı diplomat isə, hərbiçilərin göndərilməsi planı üzrə işlərin davam etdirildiyini bildirib. Sadəcə olaraq Ukraynaya göndəriləcəyi təqdirdə maliyə və silah-sursat təminatı məsələsinin həlli istiqamətində problemlər var.

 Rüstəm Hacıyev