adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
27 Iyul 2016 15:25
7124
GÜNDƏM

Avropada terroru avropalılar törədir

Avropatarixi-mədəni baxımdan, həmçininəhalinin məskunlaşması üçün əlverişli region və sülh şəraitində dayanan birqitədir. Lakin tarixi dövrlərdə Avropa müharibə və çaxnaşmaların mərkəzi olub.Hal-hazırda vəziyyətin stabil olmasına baxmayaraq son günlərdə qitənin əsas gücmərkəzləri sayılan Fransa və Almaniyada baş verən terror hadisələrininard-ardına yaşanması gündəmdə maraq yaratdı. Bir sıra sualların cavablarıictimaiyyət və ekspertlər tərəfində müxtəlif şəkildə cavablandırılır. Avropanıntəhlükəsizlik sisteminin çökdüyünü bildirən bəzi ekspertlər bu sahədə NATO-nunda zəif iştirak etdiyini bildiriblər. 

Siyasi şərhçi ArzuNağıyev açıqlamasında bildirdi ki, buradaproblemin səbəbi təhlükəsizlik sisteminin zəifləməsi deyil: "Söhbət ondan gedirki, Avropada təhlükəsizliyə ciddi təhdidlər var. Yəni bu iqtisadi təhdid də olabilər, siyasi təhdid də. Məlumdur ki, Amerikadakı 11 sentyabr hadisəsindənsonra dini təhdid anlayışı da ortaya çıxdı və bu həm milli təhlükəsizliyə, həmdə dövlət təhlükəsizliyinə təhdid kimi qəbul edildi. Məsələn, dünyanın supergücü sayılan Amerikada təhlükəsizliyə təhdid dördüncü səviyyədədir. İqtisadi,siyasi, etnik və təbii təhlükələrin yanında dini radikalizm təhdidi də var.Avropa əvvəl dini radikalizmi təhdid kimi qəbul etmirdi. Lakin ərəb ölkələrindəbaş verənlər və ABŞ-da törədilən 11 sentyabr hadisəsindən sonra qəbul etməlioldular. Avropanın xüsusi xidmət orqanları gərək bu təhdidi ciddiqiymətləndirib özləri üçün bir nəticə çıxaraydılar. Bundan başqa, bir səbəbböyük miqrant axını arasında filtirasiya tədbirlərinin keçirilməməsinigöstərmək olar. Kimliyindən asılı olmayaraq, insanlar hansısa ölkəyə kütləvişəkildə keçirlərsə, onların məramını və məqsədini aydınlaşdırmaq üçün mütləqonların arasında müvafiq iş aparmaq, ölkəyə daxil olanları filtirasiyadankeçirmək vacib idi. Avropa ölkələri demokratiyanı, humanistliyi əsas işprinsipi ilə səhv saldıqlarına görə belə bir nəticəyə gətirib çıxardı”.

NATO-nun da təhlükəsizliklə bağlı işprinsipləri rusiyalı politoloq Serqey Qrinyayev tərəfindən dəyərləndirilib. Başverənləri NATO-nun Avropanı terrorçulardan müdafiə edə bilməməsi ilə izah edənpolitoloq xatırladıb ki, 2001-ciil 11 sentyabr tarixindən sonra NATO nizamnaməsinin 5-ci maddəsinə terrorizmləmübarizə məsələsi daxil edildi: 
"Lakin sonrakı illərdə Parisdə, Londonda,Brüsseldə, Ankarada, İstanbulda və digər yerlərdə genişmiqyaslı terror aktlarıtörədildi, yüzlərlə insan həlak oldu, minlərlə şəxs yaralandı. NATO heç vaxt buprosesin qarşısında dayan bilmədi və özünü kənarda saxladı. Buna görə də adiavropalı soruşur: "Əgər mən vergi verən kimi, NATO-nun hərbi büdcəsiniformalaşdırmaqda iştirak edirəmsə, onda niyə bu təşkilat məni müdafiə etmir?”

Avropada terrora qarşı təhlükəsizlikxidmətinin optimal işləməməsi gələcəkdə qərbin içindən çıxan əsli şərqə dayananterrorçular yenə üzə çıxmaqda davam edəcək.

NiyəAvropa?

Sözsüz ki, Avropada əslən Əlcəzair, Tunis,Suriyadan olan yerli vətəndaşlar yaşayır. Lakin onları radikallaşdıqlarıtəqdirdə Fransa hökuməti bu vətəndaşların yoxlanılmasını qanunvericilikbaxımından imkansız olduğunu bildirir. Bu hökuməti təhlükəsizliyin qorunmasıbaxımından çətinliklərlə qarşı-qarşıya qoyur. Çünki Avropada terroru törədənşəxslər araşdırmalardan sonra məlum olur ki, əslən şərq ölkələrindən olanavropalı terroristlərdir. İŞİD-in Avropada yaşanan qanlı hadisələrdən sonraməsuliyyəti öz üzərinə götürməsi də əbəs yerə deyil. Politoloq Elxan ŞahinoğluFransada və Almaniyada baş vermiş terraktlarla bağlı çərh verərkən bildirib ki,İŞİD-in Qərb ölkələrində tərəfdarları çoxdur. Əvvəllər terrakrtları qrupşəklində həyata keçirirdilərsə, indi həm Fransada, həm Almaniyadakı terror hadisəsibir nəfər tərəfindən həyata keçirilib. Bu terrorçu qruplaşmasının yeniqaydasıdır. İŞİD-in həmin ölkələrdə yaşayan üzvlərinə verdiyi tapşırığın daməğzi bir başqadır. Onlara terror törətməkdə sərbəstlik verilib: "İstədiyinzaman öz işini özün planlaşdırmalısan”, yetər ki, terror baş tutsun. Avropadabaş verən qanlı hadisələrin arxasında ABŞ-ın dayandığını ictimaiyyət əksərənqəbul edir. Lakin bunun heç də ABŞ-la əlaqəsi olmadığını deyən "Atlas”araşdırmalar mərkəzinin rəhbəri bildirib ki, ABŞ-ın özü də hal-hazırda terrorlamübarizə aparır: "Məsələnin tarixlə əlaqəsi yoxdur. Terror əsasən geo-siyasiproblemlərlə bağlıdır”.

Dünya mediasınınyaydığı məlumatlarda Avropada baş qaldıran terror təhlükəsinin kökündə başqasəbəb də dayanır. İŞİD məlumatlarında terror təşkilatı peyğəmbərintəhqirinə və Fransanın Suriyadakı hava hücumlarında iştirak etdiyinə görəterror aktlarının həyata keçirildiyini bəyan edib.

Təşkilat hücumların Fransanın hazırkı siyasətidavam etdirdiyi müddətə qədər davam edəcəyini bildirib. Bu terror aktını isəonların Fransaya bir xəbərdarlıq mesajı olduğunu deyiblər.

İŞİD-ə yaxın saytlar terror aktını "Avropanın 11Sentyabrı” kimi şərh ediblər. Parisdə isə hücumu həyata keçirən terrorçulardanbiri həbs edilərkən "mən İŞİD-in üzvüyəm” deyə şüar səsləndirib.

Fransanı qana bulayan terror aktı nəticəsindəpolisin açıqladığı rəqəmlərə görə, 128 nəfərin öldüyünü bildirilir. Ammaqeyri-rəsmi məlumatlarda ölü sayının 153 olduğunu qeyd edilir.

Fransada matəmə səbəb olan terror aktları"Bataclan” incəsənət mərkəzində və onun konsert zalında, həmçinin"Kamboca" restoranında, "Le Karilyon” və "Bellek Ekip"barlarında, "Les Halz” ticarət mərkəzində, Fransa və Almaniya arasında futbolüzrə yoldaşlıq matçının keçirildiyi yerlərdə baş verib.

Hücumdan sonra Rusiya da daxil olmaqla bir çoxdövlətlər Fransaya uçuşları təxirə salmaqla yanaşı, Fransanda yerləşənsəfirliklərin də təhlükəsizlik tədbirlərini gücləndiriblər. Hətta Polşahökuməti terror aktlarının baş vermə qorxusu ilə dövlət sərhədlərinimiqrantların üzünə bağlayıb.

Qeyd edək ki, Fransa Suriyada koalisiya qüvvələrinədəstək verən dövlətlərdən biridir. Fransua Olland G20 sammitində İŞİD-in necəməhv ediləcəyi barədə müzakirələrin aparıldığını bildirmişdi.

Rüfət Soltan