Avropada NATO-nun irimiqyaslı dəniz təlimləri başlayır
Bu gün Aralıq dənizində Siciliya adasının sahillərində NATO-nun “Dynamic Manta” adlı dəniz təlimləri başlayacaq.
Adalet.az xəbər verir ki, bu barədə NATO Dəniz Komandanlığının “X”dəki hesabından məlumat verilib.
NATO-nun illik dəniz təliminə Türkiyə, Kanada, Fransa, Almaniya, Yunanıstan, İtaliya, İspaniya, İngiltərə və ABŞ-dan qoşun və gəmilər cəlb olunacaq. Təlimdə yeddi sualtı qayıq, bir neçə gəmi, həmçinin NATO üzvü olan ölkələrin təyyarələri iştirak edir.
“Sualtı qayıqlara qarşı döyüş imkanlarının təkmilləşdirilməsinə və dəniz missiyalarının effektivliyinin artırılmasına yönəlmiş iki həftəlik təlim NATO-nun strateji əhəmiyyət kəsb edən regionda kollektiv müdafiə və böhrana cavab imkanlarının gücləndirilməsinə sadiqliyini vurğulayır”, - NATO Dəniz Komandanlığının bəyanatında deyilir.
Qeyd olunur ki, Aralıq dənizi mürəkkəb sualtı topoqrafiyası ilə təlimlər üçün ideal fon yaradır.
“Dynamic Manta” təlimi həm də Alyansın böhrana reaksiya imkanlarını sınamaq və gücləndirmək üçün platforma rolunu oynayır. Kontr-admiral Pasqal Espositonun taktiki rəhbərliyi altında keçirilən təlim NATO-nun öz üzvlərini istənilən təhlükədən müdafiə etməyə hazır olduğunu nümayiş etdirmək məqsədi daşıyır.
Digər Xəbərlər
14 Sentyabr 2026 19:38
Ukrayna və Rusiya razılaşdı, hücum olmayacaq - Tramp
14 Sentyabr 2026 18:50
Zelenski Baş prokuroru vəzifəsindən azad etdi
14 Sentyabr 2026 18:43
Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan
14 Sentyabr 2026 18:30
Rusiya Ukraynanın itkilərini yenilədi
14 Sentyabr 2026 18:12
Müharibənin bir günü Ukraynaya neçəyə başa gəlir?
14 Sentyabr 2026 17:29
Pezeşkian danışarkən çərəz yeyən xarici rəsmi gündəm oldu - VİDEO
14 Sentyabr 2026 13:12
Gürcüstanda DTX rəisi istefa verdi
14 Sentyabr 2026 12:54


Bakı -°C

