adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
09 Dekabr 2019 10:43
93687
MƏDƏNİYYƏT

Avropada Məhəmməd Əmin Rəsulzadənin və Bakı fatehi Nuru Paşanın şərəfinə hədiyyə pul nişanı buraxıldı

Bu qiymətlihədiyyə Azərbaycana Türk qardaşlarımızdandır. Aldığımız məlumata görə, Avropa MərkəziBankına aid olan Euro mətbəəsində və əsilEuro kağızında Fransanın Obertur mətbəəsində Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu MəhəmmədƏmin Rəsulzadənin və Bakı fatehiNuru paşanın əziz xatirələrinəburaxılan çox qiymətli hədiyyə pulnişanları - əskinaslar tam hazırdır. Budəyəli işin müəllifləri türkiyəli aydınlar İbrahim Gölgeli və Özgür Honçadır.

Bu barədəxəbəri həmkarımız Rəsmiyyə Qarayeva özünün facebook səhifəsində məlumat vermiş, əskinaslarınorjinalının rəsimlərini paylaşmışdır. Məsələnin cəmiyyətimiz ücün də maraqlıolacağını düşünüb Rəsmiyyə xanıma bir necə sual ünvanladıq:

-Sizcə, Məhəmməd Əmin Rəsulzadənin və Bakıfatehi Nuru paşanın rəsimləri olan avro xatirə pul nişanı basılması hansıehtiyacdan yarandı?

-Azərbaycan Milli İstiqlal hərəkatının və təkcə türk dünyasındadeyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan AzərbaybaycanDemokratik Respublikasının təməl daşını quran, sonralar ömür yolu, həyatı zənginvə keşməkeşli hadisələrlə dolu dastana çevrilən, xalqımızın böyük oğlu MəhəmmədƏmin Rəsulzadənin və Bakının xilaskarı, Qafqaz İslam Ordusunun komandanı NuruPaşanın xatirələrini əziz tutmaq, dəyər verməkborcumuzdur, vəzifəmizdir. Amma etiraf edək ki, bu dəyəri bizdən öncə türkiyəliaydınlarımız düşündü və fədakarlıq göstərdilər. Türkiyəli olleksionçularİbrahim Gölgeli və Özgür honça və Serhat Cemil Küçük heç bir maliyyə çətinliyinigözə almadan çiyinlərini bu yükün altına verdilər, Euro-nun basıldığı mətbəədəvə eyni kağızda çox qiymətli əskinaslar buraxılmasına nail oldular. Bu hədiyyələrölkəmizə gələn turistlərə Azərbaycanın şərəflitarixini və şəxsiyyətlərini tanıtmaq üçün də əla vasitə olacaq.



Şəkillərin və mətnin üzərində işləyən isə türkiyəninünlü tarixçi-araşdırmacı yazarı,general-leytenant Nuri Paşanın komandanlığında Bakının qurtuluşuhaqqında çox qiymətli arxiv araşdırmalarının və "Nuri Killigil” kitabınınmüəllifi, hörmətli hocam Atilla Oraldır. Hər birinə buradan sonsuz minnətdarlığımıbildirirəm. Yaxın günlərdə əskinaslarınTürkiyədən Bakıya gətirilməsinə hazırlaşırıq.

-Bildiyimizə görə, layihənin müəllifi ÖzgürHonça gördüyü bu böyük işi Türkiyə-Azərbaycan dostluğuna, qardaşlığına ərməğanetdiyini söyləyib...

-Bəli, Özgür Honça bəy, bunu mediaya acıqlamasındada söyləmişdi: "Bundan öncə də Avropa Mərkəzi Bankında Gazi Mustafa KamalAtatürk və daha bir neçə şanlı tariximizlə bağlı bu cür xatirə nişanlarıbasdırmağa nail olmuşduq. 2018-ci il həm Azərbaycan Xalq Cümhuryyətinin, həm dəBakının işğaldan azad olunmasının 100 illik yubileyi idi. Biz də qardaş Azərbaycanabir hədiyyə etmək istədik. Tarixci alim Atilla Oral bəyin yardımıyla layihə üzərindəişləməyə başladıq və nəticədə istəyimizə nail olduq. Bu cür pul nişanlarıdünyanın hər yerində hədiyyə, tanıtma, turizm və xatirə nişanı məqsədlidir.Eyni məqsədlə qardaş Azərbaycana da etdiyimiz hədiyyə 10 min ədəd basılıb. 5mini Azərbaycana göndəriləcək, 2 min Avropada yayılacaq, 3 min də Türkiyəyə gətiriləcək.İnşallah nəsib olursa xatirə pulun ilk nömrəsini Azərbaycan Prezidenti cənabİlham Əliyevə də hədiyyə etmək istəyirik”.

-Səhv etmirəmsə, avro xatirə pul nişanınınbasılması haqqında araşdırmacı yazar Atilla Oralda münasibət bildirmişdi...

-Əlbəttə! Bu layihənin hamının ürəyindən xəbərverməsinə, hər türk soydaşımızın sevincinə səbəb olmasına şübhəniz olmasın.Atilla Oral bəy də sevinclə eyni hissləri yaşadığını söyləmişdi: "Özgür bəyinböyük zəhmətilə meydana gələn evro xatirə pul nişanının üzərində dalğalananTürkiyə və Azərbaycanın ayulduzlu bayraqları fonunda iki böyük tarixi şəxsiyyətinrəsmini görmək olduqca qürurvericidir. Eyni zamanda birliyimizin, sevgimizin,sevdamızın misalıdır. İnanıram ki, hədiyyə Azərbaycan xalqı tərəfindən böyükmaraqla, sevgilə qarşılanacaq".

-Maraqlı məlumatlara görə, təşəkkürümüzübildirirk.

Əntiqə Rəşid