adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 Iyul 2022 13:14
1507
AVTOMABİL

    Avropada 2035 – ci ildə...

 Elmi və texnoloji yeniliklərlə dolu dünyada inkişaf və gələcək yaşayışın planları bu gündən cızılır. Görünən odur ki, yaxın gələcəkdə və ümumiyyətlə gələcək dövrlərdə insan həyatı texniki imkanlar sayəsində daha rahat olacaqdır. Belə ki, Avropa İttifaqı ölkələri 2035-ci ilə qədər yeni minik və yük maşınlarıüçün karbon qazı emissiyalarının aradan qaldırılması təşəbbüsünü təsdiqləyib.

    Bu barədə Avropa İttifaqı Şurasının mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

"Şura CO2 tullantılarının azaldılması hədəflərini 2030-cu ilə qədər minik avtomobili üçün 55%-ə, yük avtomobilləri üçün isə 50%-ə yüksəltməyə razılaşıb. Şura həmçinin yeni avtomobillər üçün 2035-ci ilə qədər karbon qazının 100% azaldılması hədəfini təsdiqləyib", - deyə mətbuat xidməti məlumat yayıb.

  

Bildirilib ki, Aİ-nin təşəbbüsü əslində daxili yanma mühərrikləri dövrünün başa çatmasından xəbər verir. Agentlik bir çox avtomobil şirkətlərinin 2035-ci ilə qədər, çox güman ki, elektromobil istehsalına keçməli olacağını proqnozlaşdırıb.

   

Bu avtomobil qadağası Avropa Komissiyasının 2050-ci ilə qədər iqlimə uyğun olmayan iqtisadiyyata nail olmaq planının bir hissəsidir. Ötən il Avropa Komissiyası 2035-ci ildən elektriklə işləyən avtomobillərə tam keçidi və Avropa İttifaqında adi yanacaqla işləyən avtomobillərin istehsalına qadağa qoyulmasını təklif etmişdi.  Güman ki, planlaşdırılan bu yenilik yaxın illərdə də hiss oluna bilər. İstənilən halda bütün yeniliklərin insanlıq üçün xeyirli olması ümidilə…

 

HAZIRLADI : BÜNYAMİN BÜNYADZADƏ