adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
28 Iyun 2015 13:52
5330
GÜNDƏM

Avropa Oyunlarının məşəli həmişə Bakıda yandırılacaq

 "Bakı Avropa Oyunlarının tarixində əbədi rol oynayacaq”.

Adalet.az-ın məlumatına görə, bunu Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki deyib.

 

AOK prezidenti  bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ilk qitə miqyaslı Oyunların təşkilatçısı olan Azərbaycan bundan sonrakı yarışlarının da rəmzi start nöqtəsi olacaq.

 

Belə ki, I Avropa Oyunlarında olduğu kimi, hər 4 ildən bir təşkil olunacaq yarışların məşəli Bakıda yandırılacaq. Atəşgah məbədində alovlandırılacaq məşəl təşkilatçı ölkəyə Bakıdan aparılacaq.

 

P.Hikki söyləyib ki, artıq bu barədə qərar da verilib: "Avropa Olimpiya Komitəsi də bununla bağlı qərar verdi. Bu amil özünü doğruldur. Məşəlin burdan götürülməsi gözəl olardı”.

 

Qeyd edək ki, Olimpiya Oyunlarının məşəli də daim eyni ölkədə - Yunanıstandakı Olimp dağında alovlandırılır.