Avropa İttifaqı rəsmiləri Bakıya gəlir
Fevralın 18-də Avropa İttifaqının (Aİ) Mobillik və Nəqliyyat üzrə Baş direktoru Henrik Hololeyin rəhbərliyilə nümayəndə heyəti Azərbaycana səfər edəcək.
Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
Məlumata görə, səfər çərçivəsində Azərbaycanla Aİ arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçiriləcək. İclasın fevralın 19-da keçirilməsi planlaşdırılır.
Tədbirdə aviasiya, dəniz və yol təhlükəsizliyi, Nəqliyyat İnvestisiya Planı, Avropa-Asiya Bağlantılar Strategiyası, rəqəmsal taxoqraflar, Vahid Aviasiya Məkanı üzrə Saziş layihəsi və bu kimi Aİ ilə Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıq üzrə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Digər Xəbərlər
29 Aprel 2024 10:29
İtkin düşən 6 hərbçiyə şəhid statusu verilib
29 Aprel 2024 09:34Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
29 Aprel 2024 09:10BÖYÜK QAYIDIŞ: Daha 39 ailə Füzuliyə döndü
28 Aprel 2024 21:01Abid Şərifov oğlunun ölümündən danışdı: "Belimi qırdı" - VİDEO
28 Aprel 2024 15:42