Avropa İnsan Haqları Məhkəməsinə 85 iş ünvanlanıb
"Bu günə qədər Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə 85 iş ünvanlanıb”. Bunu jurnalistlərə açıqlamasında Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib.
Onun sözlərinə görə, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və 2000-ci ildən Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan üzrə işlərə baxır: "2014-cü ilə qədər Avropa İnsan Haqları Məhkəməsi tərəfindən Azərbaycan üzrə baxılan 85 işdə İnsan Hüquqları və Əsas Azadlıqları üzrə Avropa Konvensiyanın pozulması müəyyən edilib. Elə ölkələr var ki, onlarla bağlı bir il ərzində 200-300 işə baxılır. Azərbaycan bu istiqamətdə çalışır, seminarlar, treninqlər keçirilir. Biz bu 85 işin nədən ibarət olduğunu təhlil edirik. Ən çox pozuntu Konvensiyanın 6-cı maddəsi ilə əlaqədardır. Yəni məhkəməyə müraciət hüququ, məhkəmədə buraxılan nöqsanlar. Məhkəmə sonuncu instansiya olduğuna görə, bütün icra qurumlarının yol verdiyi səhvləri məhkəmə düzəldir. Bir də 1-ci protokolun 1-ci maddəsi əsasən mülkiyyət hüququ ilə bağlıdır. Yəni problem əsasən bu iki istiqamətdədir”.
Digər Xəbərlər
04 May 2024 14:52
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
04 May 2024 14:08Yol polisindən qaydaları pozan tanınmışlara müraciət
04 May 2024 13:36Azərbaycanda şirkət və müəssisələrə məşhur sistemlə bağlı XƏBƏRDARLIQ
03 May 2024 23:14Sərhədimizdəki bu kənd minalardan təmizləndi, yol açıldı
03 May 2024 21:57