adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
13 Sentyabr 2017 18:00
18134
DÜNYA

Avropa Ərəbistana embarqo tətbiq etdi

Avropa Parlamenti Avropa Birliyinin Səudiyyə Ərəbistanına silah satışına embarqo qoymasını tələb edən qətnamə qəbul edib.

Qətnamə Avropa Parlamentinin Strasburqdakı plenar sesiyasında qəbul olunub. Parlament Ər-Riyadı AB-dən aldığı silahları Suriyadakı terrorçulara verməkdə və Yəmən konfliktində istifadə etməkdə ittiham edib.

Qeyd edək ki, Avropa Parlamenti keçən ilin fevralında da Səudiyyə Ərəbistanına qarşı eyni cür qətnamə qəbul etmişdi.