Avropa dollardan imtina edir
Növbəti ildə Avropa rəhbərliyi avronun dünya maliyyə səhnəsində əhəmiyyətini yüksəltmək üçün əlavə tədbirlər görməlidir.
Adalet.az Lenta.ru-ya istinadla xəbər verir ki, bu fikirlər Avropa Komissiyasının sədri Jan-Klod Yunkerin Avropa Parlamentində bəyanatında yer alıb.
Xüsusilə, o, Avropanın enerji daşıyıcılarına idxalın 80 faizinin dollarla ödənməsini absurd hal adlandırıb. Bununla yanaşı, yalnız idxalın 2 faizi ABŞ-ın payına düşür. Yunker Avropa aviaşirkətlərinin Avropa təyyarələrinə görə dollar ödəməsini də absurd hesab etdiyini dilə gətirib.
Yunkerin sözlərinə görə, ilin sonunadək Avropa Komissiyası avronun beynəlxalq rolunun möhkəmləndirilməsi ilə bağlı təşəbbüslər təqdim edəcək.
Bundan öncə, "Bank of America Merrill Lynch” bəyan edib ki, Avropa yeni qlobal böhranın episentri ola bilər və bu, ABŞ-a da təsir edəcək.
Digər Xəbərlər
26 Aprel 2024 15:51
Maaş artımı olacaq - Deputat müjdə verdi
26 Aprel 2024 15:41Prezident: “Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq”
26 Aprel 2024 15:09Prezident: “Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq”
26 Aprel 2024 12:42Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”
26 Aprel 2024 12:14