adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
23 Mart 2023 09:40
448
İDMAN

AVRO-2024-ün seçmə mərhələsi  başlayır

Bu gün 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə start veriləcək.

Adalet.az xəbər verir ki, ilk olaraq C, H və J qruplarında səkkiz oyun keçiriləcək.

Günün maraqla gözlənilən qarşılaşması İtaliyada baş tutacaq. Turnirin son qalibi finalda məğlub etdiyi İngiltərəni qəbul edəcək.

C qrupunda, həmçinin, Şimali Makedoniya - Malta görüşü də təşkil olunacaq.

AVRO-2024, seçmə mərhələ

I tur
C qrupu

23:45. İtaliya - İngiltərə
23:45. Şimali Makedoniya - Malta

H qrupu

19:00. Qazaxıstan - Sloveniya
22:45. Danimarka - Finlandiya
22:45. San Marino - Şimali İrlandiya

J qrupu

23:45. Portuqaliya - Lixtenşteyn
23:45. Slovakiya - Lüksemburq
23:45. Bosniya və Herseqovina - İslandiya