AVRO-2024: Türkiyə millisi Portuqaliyaya uduzub - YENİLƏNİB

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində daha bir oyunu baş tutub.
Adalet.az-ın məlumatına görə, F qrupunun II turunda Türkiyə millisi Portuqaliya ilə üz-üzə gəlib.
Qarşılaşma "ay-ulduzlular"ın məğlubiyyəti ilə bitib - 0:3.
Qolları 21-ci dəqiqədə Bernardu Silva, 29-cu dəqiqədə Samet Akaydın (öz qapısına), 56-cı dəqiqədə Brunu Fernandeş vurub.
Türkiyə ilk matçda Gürcüstana (3:1), Portuqaliya isə Çexiyaya (2:1) qalib gəlmişdi.
Portuqaliya yığması xallarının sayını altıya çatdırıb və 1/8 finala vəsiqəni təmin edib. Türkiyə millisi üç xalla ikinci pillədə qərarlaşıb. Gürcüstan və Çexiyanın hərəyə bir xalı var.
***21:23
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II turun Türkiyə - Portuqaliya matçında üçüncü qol vurulub.
Adalet.az-ın məlumatına görə, Brunu Fernandeş 56-cı dəqiqədə növbəti dəfə "ay-ulduzlular"ı məyus edib.
Hazırda Portuqaliya komandası 3:0 hesabı ilə öndədir.
***21:07
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II turun Türkiyə - Portuqaliya matçında ikinci hissə başlayıb.
Adalet.az-ın məlumatına görə, "ay-ulduzlular" hazırda məğlub durumdadır - 0:2.
21-ci dəqiqədə Bernardu Silva hesabı açıb. 29-cu dəqiqədə Samet Akaydın avtoqol müəllifi olub.
***20:47
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II turun Türkiyə - Portuqaliya matçında ilk hissə başa çatıb.
Adalet.az-ın məlumatına görə, "ay-ulduzlular" hazırda məğlub durumdadır - 0:2.
21-ci dəqiqədə Bernardu Silva hesabı açıb. 29-cu dəqiqədə Samet Akaydın avtoqol müəllifi olub.
***20:33
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II turun Türkiyə - Portuqaliya matçında daha bir qol vurulub.
Adalet.az-ın məlumatına görə, "ay-ulduzlular"ın heyətində Samet Akaydın 29-cu dəqiqədə avtoqol müəllifi olub.
Portuqaliya komandası hazırda 2:0 hesabı ilə öndədir.
***20:23
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II turun Türkiyə - Portuqaliya matçında hesab açılıb.
Adalet.az-ın məlumatına görə, portuqaliyalı Bernardu Silva 21-ci dəqiqədə fərqlənib.
20:01
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II turun daha bir oyunu başlayıb.
Adalet.az-ın məlumatına görə, Türkiyə - Portuqaliya matçı Bakı vaxtı ilə saat 20:00-da start götürüb.
Qarşılaşmanı almaniyalı Feliks Şvayer idarə edir.
Qeyd edək ki, Türkiyə ilk matçda Gürcüstana (3:1), Portuqaliya isə Çexiyaya (2:1) qalib gəlib.
F qrupunda II turun bu gün baş tutan Gürcüstan - Çexiya matçında qalib müəyyənləşməyib - 1:1.
AVRO-2024 iyulun 14-də başa çatacaq.